Kuba: "Maliyyə bir yana çox gözəl bir komandaya gəlib düşmüşəm"

07.08.2017 | 3666 dəfə oxunub

"Qarabağ"ın polşalı müdafiəçisi  Kuba  ölkəsinin mətbuatına müsahibə verib.

Stadium.az xəbər  verir ki, o, Çempionlar Liqasındakı mübarizələrindən və digər məsələlərdən danışıb.

- Necəsiz?  Çempionlar Liqasının "Şerif"lə cavab oyununda burnunuz və barmağınız zədələndi.

- Düzdür, burnumda sınıq var idi. Ancaq həkimlər bunun üçün xüsusi maskaya ehtiyac olmadığını dedilər. Hər şey qaydasındadır. Barmağım da pis deyil. Əsas odur ki, "Qarabağ" pley-offa yüksəldi. Bu komanda heç vaxt pley-off mərhələsində oynamayıb. Tarixi bir şansdır. Qrupa da vəsiqə qazana bilərik. Rəqibimiz güclü "Kopenhagen" olacaq. Onların güclü olduğunu dana bilmərik. Amma biz hamını təəccübləndirmək və ÇL-in qrup mərhələsinə adlamaq istəyirik. İkinci dəfə ÇL-in qrupunda oynamaq mənim üçün möhtəşəm olardı.

- Sabiq klubunuz "Legiya" "Astana"ya uduzdu. Uzun illər çıxış etdiyiniz komanda "Qarabağ"ı 3-cü təsnifat mərhələsində məğlub etdiyi "Şerif"lə qarşılaşacaq...

- "Şerif" zəif komanda deyil. Biz onlarla oyunda asan qələbə qazanmadıq. Lakin "Legiya" fərdi cəhətlərdən də, komanda şəklində də rəqibdən güclüdür. Polşa çempionu Moldova klubunu keçməyə borcludur.

- "Şerif"in stadionunu necədir? Azarkeşlər necə ab-hava yaradır?

- Yaxşı stadionları var. Ümumiyyətlə, komandanın əla bazası mövcuddur. Yəni “Legiya” üçün çətin olacaq.

- "Legiya"nı  Azərbaycandakı yaxşı maliyyə imkanlarına görə tərk etdiniz. Bu, çox maraqlı qərar idi...

- Menecerim Azərbaycandan təklif olduğunu bildirəndə yaxşı maliyyə imkanlarına işarə verdi. Fikrimcə, heç də yanılmadım. Bugünkü qərarımdan razıyam və xoşbəxtəm. Çünki maliyyə bir yana çox gözəl komandaya gəlib düşmüşəm. Baza və stadion var. Komanda yaxşı oyun göstərir. Bakıda günəş var. Mən günəşi çox sevirəm. Bura gəldiyim gündən yağış yağmayıb.

- Azərbaycanda Polşada oynayan kiminləsə görüşdün?

- "Yagielloniya"da çıxış etmiş Dani Kintana bizim komandadadır. Həmçinin, Donald Gerrye vaxtilə "Visla" da oynayıb.

- “Qarabağ” Ağdam klubu olsa da, Bakıda oynayır. Bu məsələnin tarixi haqda danışa bilərsiz?

- Ağdam klubu uzun illər əvvəl qurulub. Lakin şəhər Ermənistan tərəfindən işğal olunub. Bu səbəbdən biz Bakıda oynayırıq. Amma burada xeyli azarkeşimiz var. Böyük məqsədləri olan komandayıq. ÇL və çempionluq üçün mübarizə aparırıq və hamısına nail olacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail