Rauf Əliyev: "Qurban müəllim oyuna üç gün qalmış kimin əsas heyətdə yer alacağını demir"

07.12.2011 | 5462 dəfə oxunub

“Qarabağ” klubunun hücumçusu Rauf Əliyevin müsahibəsi:

- “Qarabağ”ın son iki qarşılaşmasında əsas heyətdə yox idin. Bunu nə ilə əlaqələndirirsən?

- Bir görüşdə meydana çıxmasam da, ikinci qarşılaşmada meydana ikinci hissədə daxil olmuşam. Sonuncu səfər oyununda hesab bizi qane etdiyi üçün meydana çıxmağıma lüzum olmadı. Birdə ki futbolçu çempionat oyunlarının hamısında müntəzəm iştirak edə bilməz. Baş məşqçimiz Qurban Qurbanov hər dəfə yenilik etmək istəyir. Bu məşqçi qərarı olduğu üçün bunu normal qarşılayıram.

- Ola bilərmi ki, bir neçə görüşdə əlverişli qol imkanını boşa verdiyinə görə baş məşqçinin qəzəbinə tuş gəlmisən?

- Deməzdim ki, belədir. Sadəcə, oyun zamanı əgər hücumçu qol şanslarından maksimum yararlana bilmirsə, onda məşqçi bir az dəyişiklik etmək haqda düşünür. Bəlkə də Qurban müəllim də belə etmək qərarına gəlib. Bu da normal bir şeydir.

- Bu barədə baş məşqçiniz Qurban Qurbanovla söhbətiniz olub? Sənə deməyib ki, formada deyilsən və bu üzdən belə qərar vermişəm?

- Yox, heç bir danışığımız olmayıb. Nə də aramızda bir problem var. Ancaq formada olmamaq və qol vurmamaq ayrı şeydir. Mən özümün yaxşı formada olduğumu düşünürəm. Sadəcə, üç oyundur ki, ələ düşən qol imkanlardan istifadə edə bilməmişəm. Düşünürəm ki, belə bir halla hər bir futbolçu rastlaşa bilər.

- Sənin yoxluğunda Bəxtiyar Soltanov əsas heyətdə özünü yaxşı tərəfdən göstərir. Komandanın əsas heyətində yerini itirəcəyin səni narahat etmir?

- Heç bir problem yoxdur. Bəxtiyar, ya mən, hansımızın qol vurmağının fərqi yoxdur. Əsas odur ki, “Qarabağ” qalib olsun. Ampluası hücumçu olduğu üçün onun da işi qol vurmaqdı. Bəxtiyarı Azərbaycanda ən yaxşı futbolçulardan biri hesab edirəm. Meydana çıxdığı zaman özünü doğrultmağı bacarır. Elə komanda Avroliqada çıxış edən zaman da özünü göstərməyi bacardı.

- Premyer Liqa çərçivəsində qarşıda sizi “Xəzər Lənkəran”la səfər matçı gözləyir.

- Lənkərandakı görüşdə qazanacağımız yaxşı nəticə bizi yuxarı pillələrə daşıyacaq. Həmin qarşılaşmanın bizim üçün çox vacib olduğunu söyləyə bilərəm. Əgər həmin oyunda qələbə qazana bilsək, turnir cədvəlində irəliləməklə yanaşı yerimizi də, möhkəmlədəcəyik. Rəqibdə baş məşqçi dəyişikliyinə baxmayaraq, güclü müqavimətlə rastlaşacağımızı düşünürəm. Buna misal olaraq “Qəbələ” klubunda məşqçi dəyişikliyini nümunə göstərmək olar. Ən azı “Xəzər Lənkəran”ın yeni baş məşqçisi  özünü doğrultmağa çalışacaq. Cüneyt Biçər vaxti ilə “Bakı” klubunda çalışarkən özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Bütün bunlara baxmayaraq, qələbə qazanacağımıza əminəm.

- “Xəzər Lənkəran”la matçda səni meydanda görə biləcəyik?

- Qurban müəllim oyuna üç gün qalmış kimin əsas heyətdə yer alacağını demir. Heyət son keçirdiyimiz məşqdən sonra bəlli olur. Oynayıb-oynamayacağım barəsində hələ heç nə bilmirəm. Sadəcə, bir şeyi bilirəm ki, mənə bu qarşılaşmada şans verilsə, komandamın qələbə qazanması üçün əlimdən gələni etməyə çalışacağam.

- Keçən mövsüm “Xəzər Lənkəran”la iki qarşılaşmada fərqlənmişdin. Deməli, cənublulara qarşı oyunun alınır?

- Bəli, onlara qarşı oyunum çox yaxşı alınıb. Deməzdim ki, onlarla oyuna xüsusi olaraq hazırlaşmışdım. Ancaq böyük oyunlara əlbəttə, komanda şəklinə xüsusi hazırlaşırıq. Bu da xüsusən qarşılaşmaya daha yaxşı motivasiya olmağımıza kömək edir. Xüsusən, Lənkərandakı atmosferdə oynamaq çox xoş olur.

- Dünən oktyabr və noyabr aylarının ən yaxşı futbolçu nominasiyasında Uinston Parks və Flavinyo mükafatlandırıldılar. Səncə, onlar bu mükafata layiq idilər?

- Bu haqda heç nə demək istəmirəm. Seçiblərsə, yəqin ki, düzgün qərardı. Sadəcə olaraq, onları təbrik edirəm.

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail