"Klubların bizə olan borclarını yığa bilsək, PFL adından əlavə tribuna tikərək, azarkeşlərə hədiyyə edəcəyik" - MÜSAHİBƏ

14.08.2017 | 3491 dəfə oxunub

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında ilk turun "Sumqayıt" - "Kəpəz" matçını (2:1) canlı izləyib.  Stadium.Az xəbər verir ki, qarşılaşmanın ardından Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb:

- Nəyə görə məhz Sumqayıtdakı oyunu izləməyi qərara aldınız?

- İlk turun oyunlarından 3-ü Bakıda idi. Səhhətimlə əlaqədar rayonlara çox gedə bilmirəm. "Kəpəz"in oyununu canlı izləmək və komanda ilə görüşmək niyyəti ilə Sumqayıta gəldim. Belə də oldu. Birinci növbədə, Gəncə komandası ilə görüşdüm.

- Deməli, oyuna "Kəpəz"ə görə gəlmişdiniz?

- Bəli.

- Görüş barədə fikirləriniz necədir?

- Çox yaxşı, həyəcanlı, maraqlı oyun oldu. Xeyli adrenalin yaşadıq. Əsas odur ki, meydanda yerli və milliyə lazımi oyunçuların sayı çox idi.

- Oyuna xeyli azarkeş tribunadan kənarda baxdı...

- Kənarda dayanan və pilləkənlərdə oturan uşaqları gördükdə ürəyim ağrıdı, xəcalət çəkdim. Bu məsələyə görə "Sumqayıt" rəhbərliyi ilə danışacağam. Klubların bizə olan borclarını yığa bilsək, PFL adından əlavə tribuna tikərək, azarkeşlərə hədiyyə edəcəyik.

- Klublara borclarını ödəmələri üçün möhlət verdiyinizi demişdiniz. Bu möhlət nə vaxt bitir?

- Gərək yalan danışmayaq. Bu möhlətləri sənəd üzərində qoyuruq. Verməsələr də problem yoxdur. Çünki bütün dünyada böhrandır. Klubları sıxa bilmərik.

- Bəs onda PFL nə ilə dolanır?

- Sizin kimi qardaşların hesabına.

- Bu qədər gənc hakim olduğu halda görüşün Fariz Yusifova tapşırılmasının səbəbi nə idi?

- "Sumqayıt" - "Kəpəz" matçında bizim üçün vacib məqam referinin futbolçulara oynamaq imkanı verməsi idi. Yusifovun təcrübəsini nəzərə alaraq, qərara gəldik ki, görüşə onu təyin edək. Elə idarə etdi ki, oyundan həzz aldıq.

- Səhhətinizin uzaq səfərlərə getməyə imkan vermədiyini dediniz. Gecə saat 1-də evə qayıdıb sabah səhər işə çıxmaq sizə çətin olmayacaq?

- Xeyr. Sanki məzuniyyətdən qayıdıram. Hər iki komandanın ilk olaraq, rəhbərlərinə, sonra isə baş məşqçilərinə təşəkkür edirəm ki, belə kollektivlər qurublar. Bunun çox da böyük olmayan büdcə ilə edilməsini də vurğulamalıyam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail