Mahir Mədətov: "Ən azı iki topla qələbə qazansaydıq, yaxşı olardı" - MÜSAHİBƏ

16.08.2017 | 4336 dəfə oxunub

UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində ilk oyununda Bakıda Danimarka "Kopenhagen"ini qəbul edən “Qarabağ” rəqibini Mahir Mədətovun qolu sayəsində məğlub etdi. Stadium.Az xəbər verir ki, oyundan sonra Mahir jurnalistlərin suallarını cavablandırıb: 

- Qələbə topunun müəllifi bu uğura imza atacağına inanırdınmı?

- Açığı, özümü üçün də sürpriz oldu. Amma yaxşı sürpriz oldu. Bu cür uğura nail olduğuma görə sevinirəm. Lakin hər şey həll olunmayıb. Hələ qarşıda cavab oyunu var. Bu matça da yaxşı hazırlaşmalıyıq.

- Qolu vurarkən deyəsən, tərəddüd edirdiniz?

- Hə, qol vuran zaman bir anlıq fikirləşdim ki, ofsayddda ola bilər. Amma yan xətt hakiminin meydanın mərkəzini göstərdiyini gördüm.

- Cavab oyunu haqda necə, indidən düşünürsüz?

- Çətin olacağı aydındı. Rəqibin üstünlüyü azarkeşləri olacaq. Biz də mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Tarix yazmaq üçün gücümüzü səfərbər edəcəyik.

- İkinci hissədə komanda yoldaşlarınızın  qaçıdrıdğı qol epizodları oldu. Buna görə təəssüflənmirsiz?

- Ən azı iki topla qələbə qazansaydıq, yaxşı olardı. Çünki 1:0 hesabı bir qədər sürüşkəndi. İstənilən halda, hesab arasındakı fərq böyük olsaydı belə, arxayınlaşmaq, boşalmaq olmazdı. Rəqibimizin adı, gücü ortadadı.

- Rəqibi indi daha yaxından tanıyırsız. “Qarabağ” Kopenhagendə bugünkü duelin ikinci hissəsindəki oyunu nümayiş etdirə biləcəkmi?

- Bunu ordakı oyun zamanı görəcəyik. Indidən nəsə demək olmaz. Bu gün yaxşı oynadıq. İndi bir qədər dincəlməliyik və çempionat oyununa hazırlaşmalıyıq.    



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail