Amit Quluzadə: "Qarabağ”a qarşı necə çıxış edəcəyimizi bilmirəm" - MÜSAHİBƏ

26.08.2017 | 4509 dəfə oxunub

Premyer Liqada debüt edən və üçüncü oyunda ikinci məğlubiyyəti ilə barışan “Səbail”in yarımmüdafiəçisi Amit Quluzadə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Üstün oynadığınız qarşılaşmanı məğlub başa vurdunuz...

- 90 dəqiqə ərzində “İnter”in qol epizodundan başqa təhlükəli şansı olduğunu xatırlamıram. Oyunun əksər hissəsini hücumda keçirsək də, məğlubiyyətdən qaça bilmədik.

- Təcrübəsizlik rol oynadı, demək olarmı?

- Premyer Liqanın debütantıyıq, heyətimiz yeni yığılıb. Bəli, təcrübəsizlik sözünü dedi. Hər şey göz önündədi. Qarşıdakı oyunlara qədər qol vurmaq problemini həll edə bilsək, nəticələrimiz fərqli olacaq.

- Amma növbəti oyunda son 4 mövsümün qalibi “Qarabağ”la qarşılaşacaqsınız. Çempionla dueldə qələbə qazanacağınıza inanırsız?

- Çempionatın ən ağır oyunu olacaq. “Qarabağ”a qarşı necə çıxış edəcəyimizi bilmirəm. Ancaq arxada qalan 3 oyun gələcəyə ümidlə baxmağımıza əsas verir. Pis oyun göstərmirik.

- Türkiyə, Portuqaliya və Yunanıstandan sonra Azərbaycana döndünüz. Nə dəyişdi?

- Ciddi dəyişiklik yoxdu. İndiki çempionatın səviyyəsinin daha yüksək olduğunu deyə bilərəm. Əgər “Qarabağ” bu liqanın qalibi olub Çempionlar Liqasının qrup mərhələsinə düşürsə, bu bir göstəricidi.

- “Səbail”in sonuncu olmamaq üçün oynadığını demək olarmı?

- Komandanın qarşısına bu məqsəd qoyulmayıb. Biz hər oyunda meydana daha yaxşı çıxış etmək, uğur qazanmaq üçün çıxırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail