Anton Kanibolotski: "Nəyəsə ümid edirik" - MÜSAHİBƏ

27.08.2017 | 4869 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 3-cü turunda “Qəbələ” üzərində 2:1 hesablı qələbədən sonra "Qarabağ"ın qapıçısı Anton Kanibolotski jurnalistlərin suallarını cavablandırı:

- Çətin oyun olacağı gözlənilən idi. Çempionlar Liqasındakı ağır səfər matçından sonra bərpa olunmaq lazım idi. Sevindirici haldır ki, müsbət nəticə qazandıq.

- Artıq 3 turdur çıxış etdiyin Premyer Liqamızla bağlı fikirləriniz necədir?

- Hər şey müsbətdir. Təəssüratlarım yaxşıdır və razıyam. Azarkeşlər stadionlara gəlir və dəstək olur. Ukraynada isə son zamanlar azarkeşlər az hallarda oyunlara gəlirdilər.

- Bosniyalı həmkarın İbrahim Şehiçlə rəqabət barədə nə söyləyə bilərsəm?

- Rəqabət hər yerdə var. Bizə ancaq işləmək qalır. Seçim isə baş məşqçidədir.

- Çempionlar Liqasının qrupunda "Roma", "Atetiko" və "Çelsi" ilə qarşılaşacaqsınız. Rəqiblər barədə nə düşünürsünüz?

- Maraqlı qrupa düşmüşük. Rəqiblərimiz güclüdür. Çətin sınaqlar olsa da, oynamağa ümid verən komandalardı.. Nəyəsə ümid edirik. Yaxşı çıxış etmək üçün əlimizdən gələni edəcəyik.

- Sabiq komandan "Şaxtyor"la eyni qrupa düşmək istəyərdin?

- Bəli. Özümüzün gücünü görmək istəyərdim. Amma bu rəqiblərə görə də şadıq.

- “Şaxtyor”un heyətində “Çelsi”ni ÇL-in qrupunda saxlamışdınız. Həmin oyun barədə xatirəniz necədir?

- Unudulmaz hislərdir.

- "Qəbələ"ylə üz-üzə gəldiyin həmyerlilərin var idi. Onlarla heç qarşılaşmışdın?

- Dmitri Bezotosnı və Vitali Verniduba qarşı oynamışdım. Maraqlı və gərgin oyun oldu. Ukraynada da belə olurdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail