Prosineçki: "Psixoloji cəhətdən problem olmayacaq" - MÜSAHİBƏ

01.09.2017 | 3596 dəfə oxunub

"Əvvəlki oyunlara baxanda bu dəfə hazırlıq üçün çox az vaxtımız oldu. Cəmi 3 gün komanda ilə hazırlıq keçmək imkanımız oldu. Bununa belə, düşünürəm ki, oyuna yaxşı hazırlaşa bilmişik. Çətin oyun olacaq. Bilirik ki, rəqib də bu oyuna ciddi hazırlaşıb və sabah meydançaya revanş üçün çıxacaqlar. Onların Çexiya ilə oyunlarına da baxmışıq və buna əsasən deyərdim ki, Norveç millisi hazırda çox güclüdür. Həm də onlarda çox dəyişiklik olub".

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində sabah Norveçlə keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.


- Rəqiblə müqayisədə siz öz komandanızda hansı dəyişiklikləri edəcəksiniz?

- Əgər sabah biz Şimali İrlandiyaya qarşı Bakıda göstərdiyimiz oyunu oynasaq çox yaxşı olacaq. Həmin oyunu yaxşı oynamışdıq, amma təəssüf ki, 90 dəqiqə ərzində rəqibin cəmi 1 epizodu oldu onu da qola çevirdi. Çətin olsa da mən öz komandama inanıram və ümid edirəm ki, sabahkı oyundan 1 xal götürə biləcəyik.

- Namiq burda əyləşibsə, deməli sabah start heyətində oynayacaq. Onu hansı xüsusiyyətinə görə Norveçə qarşı oynadacaqsınız?

- Namiqin burda əyləşməsi o demək deyil ki, o, sabah start heyətində oynayaca. Sadəcə, istədim ki,mətbuat konfransına yeni futbolçular gəlsin və bu da yeni təcrübədir. Ümumilikdə isə Namiq çox yaxşı futbolçudur vəmən milliyə gələndən burda oynayır. Şimali İrlandiya ilə son oyunda da yaxşı oynamışdı. Sürəti var, birə-bir mübarizələrdə çox yaxşı təsir bağışlayır. Həm siz Bədavi haqda niyə mənə eyni sualı vermirsiniz?

- Çünki Bədavi daim əsas heyətdə oynayır.

- Ona görə oynayır ki, onun alternativi yoxdur.

- Üçüncü dəfədir Rüfət Dadaşovu milliyə çağırırsınız, amma şans vermirsiniz. Hansı ki, bir dəfə şans qazansa tamamilə Azərbaycan millisinə məxsus futbolçu olacaq...

- Renat çox istedadlı futbolçudur və Azərbaycan futbolunun gələcəyidir. Amma unutmayaq ki, o, Almaniyada 19 yaşlı futbolçuların komandasında oynayır. Ona da şans veriləcək və ümid edirəm ki, o da bu şansdan istifadə edəcək. Tək Renat yox, Ramil Şeydayev və Mahir Mədətovun da adlarını çəkə bilərəm. Həm də ümid edirəm ki, Renat “Ayntraxt”ın əsas komandasında da oynamaq imkanı qazanacaq. Həm bu dəqiqə mənim bütün fikrim Norveçlə oyuna yönəlib. Nəinki kiməsə 5 dəqiqə şans verməyə.

- Ənənəvi olaraq, yenə start heyətini açıqlayacaqsınız?

- Mən həmişə bunu edirəm. Sabahkı oyunda Şimali İrlandiyaya qarşı oynamışq heyət oynayacaq. Yalnız iki dəyişiklik olacaq: Ramil Şeydayev və Əfran İsmayılovun yerinə Mahir Mədətovla Namiq Ələsgərova şans verəcəm.

- Ramil Şeydayev və Emin Mahmudov klublarından ayrıldılar. Kamran Ağayev yeni klubunda uğursuz debüt elədi. Sabahkı oyunda onların psixoloji hazırlığı qaydasında olacaq?

- Hardasa təsir edəcək. Ramil “Jilina”nın əvəzedici komandasında oynasa da potensialı olan futbolçudur və ona inanmaq lazımdır. Tək ona yox, digər gənc futbolçularımıza da. Sabah biz Mahirlə Namiqi inanaraq əsas heyətdə oyuna buraxacağıq. Çünki hər ikisi sürətlidir və bu üstünlüklərindən istifadə etmək istəyirik. Təəssüf ki, Ağabala zədədən sonra tam özünə gəlməyib. İstənlən halda, psixoloji cəhətdən problem olmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail