"Bizə ayrılan saatlarda məşq etməyə məcburuq" - Şahin Diniyev Müsahibə

02.09.2017 | 5191 dəfə oxunub

Millimizin "DÇ-2018"in seçmə mərhələsində Norveç və San Marino milliləriylə oyunlarına görə, Premyer Liqamızda yaranmış fasilədən istifadə edən "Kəpəz" hazırlıqlarını davam etdirir. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçən bölgə təmsilçisinin baş məşqçisi Şahin Diniyev Stadium.az saytına müsahibə verib.

- Hazırlıq necə keçir?

- Çempionata pis başladıq. Komanda yenidir deyə problemlər çoxdur. Xətlər arasında əlaqə istədiyimiz səviyyədə deyil. Bu fasilədən çalışırıq səmərəli istifadə edək və anlaşmanı müəyyən qədər yoluna qoyaq. Havanın isti olmasına baxmayaraq, komanda səylə çalışır. Yəqin ki, fasilədən sonra bunun bəhrəsini görəcəyik.

- Bir sözlə, Milli komandamızın oyunlarıyla bağlı yaranan fasilə "Kəpəz" üçün tam yerinə düşdü

- Belə deyərdim, "Qəbələ", "Qarabağ" kimi formada olan və stabil oynayan komandalar üçün yox, amma bizim komanda üçün hə.  "Kəpəz" yeni komanda olduğu üçün bizə bu fasilə tam yerinə düşdü. Komandanın anlaşmasını yaxşılaşdırmaq, səhvləri görmək üçün yaxşı vaxt qazanmış olduq. 

Razılaşırsız ki, bu günə kimi işlədiyiniz komandalar arasında potensialı ən aşağı olan kollektiv məhz bu "Kəpəz"di?


- Deməzdim, çünki etik cəhətdən bu futbolçulara qarşı yalnış olardı. Ən asan şey nəyisə kiminsə üstünə atmaq, məsuliyyətdən qaçmaqdı. Bəli, çətinliklər çoxdu. Heyət, büdcə zəifdi, bazamız, şəraitimiz yoxdu. Bunları deyirəm, amma bununla, məsuliyyəti başqasının üzərinə atmaq olmaz. Bu, mənim xarakterimdə yoxdur. Hazırkı komanda da potensial var. 3 futbolçumuz əvəzedici komandadan, 5-6 futbolçumuz aşağı dəstədən bizə qoşulub. Əksəriyyəti Premyer Liqa üzü görməyən futbolçulardı. Ona görə də vaxt lazımdı. İnanıram ki, bir neçə turdan sonra bu heyətlə yaxşı bir komanda yarada biləcəyik.
 
- Bu komandanın premyer liqada qalması belə çətin görünür. Bu sizi qorxutmur ki?

- Yox, mən elə deməzdim. Sizi başa düşürəm. Siz ilk 3 oyuna görə belə düşünürsünüz. Əlbətdə, siz bu fikirdə haqlısınız. Gördüyünüzü deyirsiniz. Amma bu komandanın da potensialı var və bunu mən daha yaxşı bilirəm. Keçən ildə buna bənzər halla üz-üzə qalmışdıq. Komanda 5-6 oyun ardıcıl uduzmuşdu. Sonradan toparlanıb qələbələr və xallar qazanmışdıq. Mənə elə gəlir ki, bu komanda da ayağa qalxacaq və bu vəziyyətdən çixacağıq. Son turda "Neftçi" ilə oyun göstərdi ki, bu "Kəpəz"də rəqiblərə başağrı ola biləcək. Son turda qazandığımız xalın davamı gələcək. 

- Hava çox istidir. Məşqləri bu saatlara salmağın xüsusi bir səbəbi varmı?

- Bizim maddi-texniki bazamız yaxşı deyil və öz bazamız deyil ki, məşqləri istədiyimiz saatlara salaq. Bizə ayrılan saatlarda məşq etməyə məcburuq. 

Saşa Yunisoğlu, Ramazan Abbasov kimi ölkə daxilində normal karyerası olan bəzi futbolçular var ki, hazırkı "Kəpəz"ə çox fayda verə bilərdilər. Onları komandaya götürmək olmazdımı?

- Adı çəkilən futbolçuların əksəriyyətinin kənarda qalıb-qalmayacağı məlum deyildi. Bəziləri "Səbail"dən ayrılmamışdı. Biz isə artıq lazım olan sayda futbolçunu komandaya dəvət etmişdik. Transferlərə ayrılan büdcə  xərclənmişdi. Onların bizə qoşulması üçün kimlərinsə getməsi lazım idi. Kiminləsə yolları ayırmaq isə düzgün olmazdı. Bu haqda qış fasiləsində düşünmək olar

- Dünən milli komandamız "DÇ-2018"in seçmə mərhələsində Norveç millisinə 2-0 uduzdu. Nəticədən əlavə göstərilən oyunda birmənalı qarşılanmadı. 

- Həqiqətən, çox istəyirdik millimizin uğurlu çıxışı davam etsin. Amma olmadı. Komandamızda sürət çatmırdı. Müdafiədən hücuma keçəndə ötürmələrdə çoxlu səhvlər var idi. Komanda sanki yatmışdı. Norveç millisi də oynamağa şans verdi, komandamız bunu dəyərləndirə bilmədi. Amma yenə də qabağa baxmaq, gələcəyi düşünmək lazımdı. San Marinonu udmaq və digər oyunlara hazırlaşmaq lazımdı. 

- Prosineçkinin meydana çıxardığı ilk 11-lik, sonradan etdiyi əvəzetmələr futbol ictimaiyyəti tərəfindən heç də xoş qarşılanmadı. Əksəriyyət, belə düşünür ki, Robertə Azərbaycan millisi daha maraqlı deyil və bu gün millidən getməsi daha məqsədə uyğundu

- Bu barədə mənim danışmağım düzgün olmazdı. Bu vəziyyətdə hansı qərarın verilməsini Robertlə müqavilə bağlayan federasiya daha yaxşı bilər


Xanoğlan İmanov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail