"Elə sual verirsiniz ki, elə bil hər dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanırıq" - MÜSAHİBƏ

03.09.2017 | 3607 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah San Marinoyla qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında jurnalistl'rin suallar;n; cavabland;r;b^

- Üç gündə iki oyun olacaq. Sabahkı oyunda məqsədimiz 3 xal qazanmaqdı. Ancaq hazırlaşmaq üçün vaxtımız az idi.

- AFFA-nın feysbuk səhifəsində keçirilən sorğuda səs verənlərin çoxu Ruslan Abışov və Ramil Şeydayevi əsas heyətdə görmək istəyir. Bu, sizin seçiminizə təsir edəcək?

- Azarkeşlərin marağı xoş haldı. Mənim heyətimə təsir edib-etməyəcəyini oyun zamanı görəcəksiniz.

- Norveçlə matçda komandada ruh düşkünlüyü var idi. Sabahkı matça oyunçuları psixoloji cəhətdən hazırlaya bilmisiz?

- Norveçlə görüşdə düşünmürəm ki, əzmkar oyun göstərmədik. Sadəcə, rəqib bizdən güclü idi. Meydana çıxan 11 nəfərin hamısı sona qədər mübarizə aparmalıdı. 1-2 nəfər zəif çıxış edəndə balans pozulur. Motivasiyamız yaxşıdı. Sabah qələbə qazansaq, xal sayımızı 10-a çatdıracağıq. Bu da yeni rekord deməkdi.

- Hər kəs komandadan qələbə gözləyir. Bu amil oyununuza mənfi təsir göstərməyəcək?

- Deməzdim ki, bu təzyiq bizə mənfi təsir göstərir. San Marino cəmi 1 qol vurub, xal toplamayıb. Təbii ki, qələbədən başqa yol yoxdu. Hədəf erkən qol vurmaqdı. Bunu etsək, ardı gələcək. Amma heç bir təzyiq yoxdu. Hamı oyuna hazırdı.

- Sizin öz motivasiyanız necədi? “Bursaspor” məsələsindən sonra çempionat oyunlarını izləməməyiniz insanlarda belə bir fikir yaradıb ki, yığmada işləməyə həvəsiniz qalmayıb...

- Bilmirəm ki, sizdə niyə belə fikir yaranıb? Futbol dünyanın ən gözəl peşəsidi. Məşqçi kimi çalışmaqdan həzz alıram. Motivasiyam yüksəkdi. Belə olmasaydı, burda işləməzdim, gedərdim. Razı olarsınız ki, bu seçmə mərhələdə yaxşı oyunlar göstərmişik. Bəzi matçlarda bəxtimiz gətirmədi.

- Bədavi Hüseynov və Maksim Medvedev cəzalıdı. Tərlan Quliyevin mətbuat konfransında iştirak etməsi onun sabah əsas heyətdə yer alacağından xəbər verir?

- Tərlanın sabah oynayıb-oynamayacağını bilmirəm. Mətbuat konfransı ilə bağlı oyunçu seçimi əsas heyətə görə deyil. Çalışıram dəyişiklilik olsun. Ramil Şeydayev də ilk dəfədi konfransa gəlir.

- Tərlana şans versəniz, hansı mövqedə oynadacaqsınız: mərkəzdə, yoxsa cinahda?

- Tərlan “Neftçi”, “İnter”, “Qarabağ”da iki mövqedə oynayıb, təcrübəli futbolçudu. Hər bir rəqibə hörmətlə yanaşıram. Amma sabah ancaq hücum futbolu barədə düşünəcəyik. Tərlan harda oynasa, öz işini yaxşı görəcək. San Marino ilə ilk görüşün də favoriti idik. Sabah da belə olacaq. Norveçə qarşı matçla müqayisədə heyətdə 7 dəyişiklik edəcəyik. Norveçlə matça qədərki görüşləri yaxşı keçirmişdik.

- Hücum xəttində olan problemlər Renat Dadaşovun meydana çıxmasına şərait yaradacaqmı?

- Ümid edirəm ki, oyunun gedişində bir neçə dəqiqə şans verəcəm. Məşqdə özünü yaxşı tərəfdən göstərib. O, yaxşı oyunçudu.

- Qeyd etdiniz ki, sabah xal ehtiyatını 10-a çatdıraraq yeni rekord vuracaqsınız və bu, sizdə əlavə motivasiya yaradır. Azərbaycan futbolu o günə qalıb ki, 10 xalı bayram edək?

- İndiyə qədər 10 xal toplamışıqmı? Elə sual verirsiniz ki, elə bil hər dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanırıq. Bəli, bundan da yaxşı futbol oynaya bilərik. Mənə elə gəlir ki, son aylar oyun baxımından irəliləyiş var, daha baxımlı futbol göstəririk. Hələ seçmə mərhələnin əvvəlində hər kəs qrup ikinciliyinə ümid edirdi. Yığmaya gənc oyunçular cəlb etmişik. Mənim burda qalmağım önəmli deyil. Əsas odu ki, Azərbaycan futbolunun gələcəyi üçün işlər görürük.

- Söhbət edə-edə deyəsən heyəti yazırsınız. Sabahkı heyəti deyə bilərsinizmi?

- 3 mövqedə məcburi dəyişiklik edəcəyik. Qalan mövqelərdəki dəyişiklik onlardan narazı qalmağımla bağlı deyil. Sadəcə, digər futbolçulara da şans vermək istəyirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail