Məhəmmədrəsul Məcidov: "Bu, əla nəticədi" - MÜSAHİBƏ

04.09.2017 | 6207 dəfə oxunub

Almaniyanın Hamburq şəhərində kişi boksçuların dünya çempionatı başa çatıb. Stadium.Az xəbər verir ki, mundiala 4 idmançı ilə qatılan millimiz iki medal qazanıb.

Vətənə dönən komandamızın lideri və dünya çempionu Məhəmmədrəsul Məcidov bu yarış haqda danışıb. 

- Qələbə münasibətilə təbrik edirəm. Nə hiss edirsiniz?

- Təşəkkür edirəm. Çox xoş, çox gözəl hisslərdi. Azərbaycan adına üçüncü qızıl medalı qazandığım üçün fəxr edirəm. Məni dəstəkləyən, azarkeşlik edən hər kəsə minnətdaram.

- Həlledici döyüş necə keçdi?

- Əlbəttə ki, asan deyildi. Ancaq əla hazırlaşmışdım. Məşqçilər heyətinin və rəhbərliyin dəstəyini mütləq qeyd etməliyəm. Bütün bu nüansların köməyi ilə qələbə qazana bildim.

- Komanda yoldaşlarından bəziləri hakim ədalətsizliyi səbəbindən məğlub oldu. Bu barədə nə deyə bilərsiz?

- Düzünü deyək ki, bizim uşaqlardan heç biri uduzmadı. Hər biri layiqli mübarizə apardılar, döyüşdülər. Bir bürünc medalımız da var. Buna görə də düşünürəm ki, yaxşı nəticə qazanmışıq.

- Komanda hesabında Avropa ölkələri arasında hər kəsi qabaqladınız...

- Bəli, Avropada birinci yerdə qərarlaşdıq. Dünyada isə 4-cü olduq. Mundiala cəmi 4 idmançı ilə yollansaq da, bu, əla nəticədi.

- Hakimlik haqqında nə deyə bilərsiniz?

- Hakimlik haqqında nə deyə bilərəm? Mənə qarşı bir qərəz olmadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail