Rəşad Sadıqov: "35 yaşımda ilk dəfədi ki, cərimə zərbəsini texnika ilə yerinə yetirirdim" - MÜSAHİBƏ

05.09.2017 | 3652 dəfə oxunub

Milli komandamızın kapitanı Rəşad Sadıqov San Marino ilə oyundan sonra (5:1) jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqqında şərhini bilmək maraqlı olardı...

- Hazırlaşmışdıq, istəyirdik ki, yaxşı nəticə qazanaq. Düşünürəm ki, yaxşı oynadıq, daha çox da qol vura bilərdik. Rəqibə oynamağa imkan vermədik.

- Sanki xüsusi bir motivasiya ilə çıxmışdın. Çox soyuqqanlı idin. Qollara da sevinmədin...

 - Heç vaxt kiməsə nəsə sübut eləməyə çalışmamışam. Çox gərgin idim məlum məsələyə görə. Mən heç bir oyuna optimal formada çıxmamışam, hazırlaşmağa çox vaxtım olmayıb. Şimali İrlandiya ilə oyuna da o şəkildə çıxmışdım, ancaq pis də oynamadım. Uğursuz bir qol buraxdıq, o vaxtdan bura gözləyirdim ki, bu oyun tez gəlsin. Bəlkə indi bir az rahatlaşam.

- 7 ildən sonra yenidən millinin heyətində qol vurdun. Darıxmışdın?

- Ümumiyyətlə, bu tipdə ilk qolumdu. 35 yaşımda ilk dəfədi ki, cərimə zərbəsini texnika ilə yerinə yetirirdim. Adətən qüvvətli zərbəyə üstünlük verirdim, ancaq məsafə yaxın olduğu üçün bu dəfə belə düşündüm. Uşaqlar vurmaq istəyirdilər, dedim icazə verin, mən vurum. Sağ olsunlar, güzəşt elədilər.

- Bu gün stadionda Rəşad Sadıqov sevgisini yenidən gördün...

- Mən qazandığım hər şeyi, söhrəti də, pulu da, karyeramı da azarkeşlərə borcluyam. Onların sevgisini itirmək mənim üçün çox ağırdı. Bunu yenidən qazanmaq isə mükafatdan da artıqdı mənə.

- “Neftçi”yə keçəcəyinlə bağlı söhbətlər var...

- Hazırda “Qarabağ”ın futbolçusuyam. Oynamaq haqqında düşünürəm. Bəzən ağlımdan fikirlər keçir, ancaq hər şey klub rəhbərliyindən və məşqçilər korpusundan asılıdı. İlin sonuna kimi bu kluba məxsusam. Karyeramı bitirəsi olsam da, buna birlikdə qərar verəcəyik. Hələ qışa qədər ÇL qrupunu oynayaq, sonra fikirləşərik.

- Yeni oyunçularla bağlı fikirlərin necədi?

- Təcrübəli və kreativ oyunçulardı. Ümid edirəm ki, bizə çox xeyir verəcəklər.

- Norveçlə oyundan sonra El Yunusi ilə söhbət elədiniz?

- Sadəcə görüşdük, əl sıxışdıq.

- Millidə artıq sondu?

- Sona yaxındı.

- Çexiya ilə oyunöncəsi bu qələbənin xüsusi motivasiyası olacaqmı?

- Hamımız köklənmişdik ki, biz daha çoxunu bacararıq. İlk 7 xal bizi aldatdı, ancaq gəlin reallıqla barışaq. Biz səfərdə Norveçə məğlub oluruqsa, bu da reallıqdı. Hamımız həvəsləndik, biz də, mətbuat da, ictimaiyyət də, amma bu gün fakt budur ki, biz qrupu 3 və 4-cü yerdə bitirə bilsək, yaxşı nəticədi. Gələn püşkatmaya 4-cü səbətdən qatıla bilsək, yaxşı nəticədi. Pillə-pillə, yavaş-yavaş olmalıdı. Çatışmayan çox şeylər var, aradan qaldırmağa çalışacağıq.

- Bir dəfə demişdin ki, futboldan elə getmək istəyirəm ki, nəsə bir iz qoymuş olum. Artıq getmək haqqında mesajlar verirsən. Arzuna çatdınmı?

- Ölkə başçsının, xalqın, ictimaiyyətin sevgisini görəndən sonra düşündüm ki, demək ki, nəsə eləmişik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail