Araz Abdullayev: "Hiss edirəm ki, irəliyə addım atıram, “artırıram" - MÜSAHİBƏ

05.09.2017 | 5101 dəfə oxunub

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino ilə qarşılaşan və böyükhesablı qələbə qazanan Azərbaycan millissinin ikinci qolunun müəllifi Araz Abdullayev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Qələbə Şimali İrlandiyaya və Norveçə məğlubiyyətin ab-havasını dəyişə bilib, yoxsa yenə həmin yenilgiləri düşünürsüz?

- Norveçlə oyun bizim üçün üzücü oldu. Amma bugünkü oyuna görə azarkeşlərə təşəkkür edirəm, stadiona gəldilər, komandamızı dəstəklədilər. Biz də onları sevindirmək üçün əlimizdən gələni etdik.

- Bu stadion sanki milli komandamız üçün düşərlidi, özünüzü daha rahat hiss edirsiniz…

- Millinin forması altında meydana çıxanda hər kəs çalışır ki, yaxşı oynasın. Sadəcə olaraq, bu stadionda azarkeşləri daha yaxından hiss edirsən, atmosfer fərqli olur.

- Legioner həyatın necə gedir?

- Hər şey qaydasındadı. Hiss edirəm ki, irəliyə addım atıram, “artırıram”.

- Getmək üçün gecikməmisən?

- Çoxdan getməli idim. Amma hələ gec deyil. Çalışıram ölkəmizi yaxşı təmsil edim.

- Oyundan sonra AFFA prezidenti Rövnəq Abdullayev, eləcə də Robert Prosineçki nə dedi?

- Təbrik etdilər və çox sağ olun, dedilər.

- Baş məşqçinin üzü gülürdü?

- Əlbəttə, belə qələbədən sonra hər kəsin üzü gülür. Uduzanda hamının qanı qara olur, amma qələbə hər kəsi sevindirir, üzünü güldürür.

- Bu gün xüsusi motivasiyanız var idi. Bu nədən qaynaqlanırdı?

- Millinin oyunu vaxtı stadion dolu olur. Buna görə də onları sevindirməyə çalışırıq. Təbii ki, hər şeydən əvvəl millinin uğur qazanmağı üçün çalışır, mübarizə aparırıq. Bu gün xüsusi seçildiyimi deməzdim. Hamımız mübarizə apardıq.

- Şeydayev sizə yaxın oynayır. Onun qol epizodlarını qaçırmasının səbəbini nədə görürsünüz?

- Ramil tədricən komandaya uyğunlaşacaq. Həm də bu cür rəqiblərlə oyunlarda daha çox qol vurmaq istəyirik. İndiyə qədər millimiz hansısa rəsmi oyunda 5 qol vurmamışdı. Eyni zamanda, 10 xal toplamamışdıq. Yəni bugünkü qələbə ilə bir neçə rekorda imza atdıq. Üstəlik, çox qol vurduqca özünəinam da artır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail