Ramil Şeydayev: "Ola bilsin, çətin olacaq" - MÜSAHİBƏ

05.09.2017 | 3641 dəfə oxunub

Azərbaycan milli komandasının və "Qarabağ" klubunun futbolçusu Ramil Şeydayev San Marinonu 5:1 hesabı ilə yendikləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Qol vura bilməməyiniz üçün nə çatmadı?

- Ustalıq çatmadı (gülür). Düzü, bilmirəm. Ola bilsin, oyun təcrübəm azdır. Hansısa xırda məqamlar var ki, gələcəkdə qollar vurmaq üçün onlar üzərində işləmək lazımdır. Qol vurmalı idim. Amma alınmadı.

- Daha üstün olan Slovakiya çempionatından Azərbaycan Premyer Liqasına gəlməyinizdə hansı amillər rol oynadı?

- Əvvəla, Slovakiya çempionatının Azərbaycanınkından üstün olması fikri ilə razı deyiləm. Düzdür, mənfi hal odur ki, bizdə onlara nisbətən komanda sayı azdır. Amma komandaların səviyyəsinin Slovakiyadakılardan aşağı olmadığı dəqiqdir. Təbii ki, "Qarabağ"a keçmək mənim qərarım idi. Amma atamla və kiminləsə məsləhətləşdim. Yekun qərarı isə yalnız özüm qəbul etdim. "Qarabağ"da və millidə oynamaq mənə özümü göstərməkdə yardımçı olacaq. Yaxşı olduğumu sübut etsəm, oynayacağam. Əlbəttə, bu amillər xeyrimə işləyəcək.

- Mahir Mədətov, Duno Ndlovu ilə mübarizədə əsas heyətə düşmək çətin olmayacaq?

- Əlbəttə, ola bilsin, çətin olacaq. Heç kim heç yerdə heyətə asanlıqla düşmür. Hamının yaxşı hücumçuları var. Bizə isə özümüzü göstərmək lazımdır.

- "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində oynaması amili keçidinizdə nə qədər rol oynadı?

- Təbii ki, bu, öz rolunu oynadı. Amma oynamasaydı belə, bu təklifi nəzərdən keçirərdim. "Qarabağ"ın qrup mərhələsində oynaması əlavə amildir. Bu, yaxşı haldır və Azərbaycan futbolu, eləcə də hamı üçün müsbət məqamdır.

- Oyundan sonra Robert Prosineçki qol vura bilmədiyiniz üçün sənə təsəlli verdi?

- Açığı, mənimlə ayrılıqda danışmadı. Hamını təbrik etdi.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail