Millimizin üzvü: "Azərbaycanla heç bir bağlılığım yoxdu" - MÜSAHİBƏ

06.09.2017 | 3809 dəfə oxunub

AÇ-2019-un seçmə mərhələsi çərçivəsində evdə İrlandiya yığması ilə qarşılaşan və 1:3 hesabı ilə məğlub olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozancan Kökcü oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqqında nə deyə bilərsiniz?

- Nə deyə bilərəm? Keçirdiyimiz hər iki oyunda 1:3 hesabı ilə uduzduq. İstədiyimiz kimi getmədi.

- Bu komanda gələcək və edir?

- Yaxşı oyunçular var. Topu saxlaya bilmədik, demək olar ki, şanslarımız olmadı. Mahirin gözəl qolundan başqa 100 faizlik şans əldə edə bilmədik. Yaxşı nəticə əldə edəcəyimizə ümid edirdik, ancaq alınmadı.

- Azərbaycan millisini seçdiyin üçün peşman deyilsən? Bəlkə də Türkiyədə daha yaxşı gələcəyin ola bilərdi…

- Yox, qətiyyən peşman deyiləm. Türkiyədən də təklif var idi, ancaq Azərbaycan daha öncə mənə müraciət etdi. Yaşar müəllim başda olmaqla hər kəs mənimlə yaxşı davranır. Yaxşı şeylər edə bilərik.

- Ancaq bu gün ikinci hissədə meydana daxil oldun...

- İsraillə 90 dəqiqə oynamışdım. Məncə, o oyunda çox pis çıxış etdim. Məşqçimiz haqlı qərar verdi. Meydana daxil olanda əlimdən gələni etməyə çalışdım.

- Azərbaycanla bağlığın nədir?

- Əslində heç bir bağlılığım yoxdu. Məni U-17 millisinə də dəvət etmək istəyirdilər. İsveçdə keçirilən turnirdə oyunumu azərbaycanlı skaut bəyənmişdi. Həmin vaxt mümkün olmamışdı. İndi isə Azərbaycan adına çıxış edirəm. Azərbaycana bağlılığım olmasa da, milli komandada çıxış etdiyim üçün qürurluyam.

- “Bursaspor”da işlərin necə gedir?

- Azərbaycan və Türkiyə mətbuatında maraqlı xəbərlər yayıldı ki, baş məşqçi məni sərəncamında görmək istəmir. Gülməli söhbətdi. Pol Le Quenlə söhbət etdim. O, mənə dedi ki, komandanın ən gənc futbolçusu sənsən. Bildirdi ki, potensialın və gələcəyin var. Mənim icarəyə göndərilməyin əleyhinə olduğunu söylədi. Şansımın gələcəyini diqqətimə çatdırdı. Məşqlərdə əsas komanda ilə iştirak edirəm. Super Liqa oyunlarına da dəvət almışam. U-21 komandasında çıxış edirəm. Gələcəkdə yaxşı olacağına ümid edirəm.

- Dəniz Yılmazla münasibətin necədir?

- Yaxşı bir insandır. Münasibətimiz əladır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail