Ramil Şeydayev: "İndi Türkiyəyə qayıtmaq vaxtı deyildi" - MÜSAHİBƏ

07.09.2017 | 4305 dəfə oxunub

Milli komandamızın hücumçusu Ramil Şeydayev Rusiyanın Sportsdaily.ru saytına müsahibə verib:

- DÇ-2018-in seçmə mərhələsində Norveçə uduzdunuz, San Marinoya qalib gəldiniz. Komandanızın final mərhələsinə yüksəlmək şansı qalmadı. 

- Norveçlə matda oyunumuz istədiyimiz kimi alınmadı. San Marino üzərində inamlı qələbə isə bizi və azarkeşlərimizi ruhlandırdı. Hərçənd ki, bu qələbə qrupdan çıxmağımız üçün kifayət etmədi. Əvvəl hər şey qaydasında idi. Düşünürdüm ki, qrupda ikincilik uğrunda mübarizə apara bilərik. Ancaq öz səhvlərimizdən ardıcıl məğlubiyyətlərlə üzləşdik. Növbəti iki oyunu səfərdə keçirəcəyik. Maksimum xal toplamağa çalışacağıq.

- Müntəzəm olaraq Azərbaycan millisində çıxış edirsən. Bu oyunlar sənin üçün nə deməkdir?

- Təcrübə. Əvvəllər mən Almaniya kimi güclü komandaya qarşı oynamamışam. Bu cür rəqiblərə qarşı nə qədər çox oynasan, ustalıq səviyyən o qədər artar. Gələcəkdə komandamla daha çox təcrübə qazanacam.

- Bir ildən sonra Avro-2020-nin seçmə mərhələ oyunları başlayacaq. Hansı ki, bu turnirin bəzi matçları Bakıda və Sankt-Peterburqda keçiriləcək. Bu haqda nə düşünürsən?

- Təbii ki, biz final mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çempionatın bəzi oyunlarının doğma ölkəmizdə keçirilməsi bizim üçün yaxşı stimuldur.

- Karyeranda sərt dönüş baş verdi. “Qarabağ”ın oyunçusu oldun. Bu, necə baş verdi?

- Yarım il “Jilina”da çıxış edəndən sonra “Qarabağ”dan təklif aldım. “Trabzonspor”la iki illik müqaviləm var. İndiki halda ən yaxşı variant “Qarabağ”da çıxış etməkdir. Ona görə də bu klubla icarə müqaviləsi bağladım.

- Karyeranın “Jilina” mərhələsini necə qiymətləndirirsən?

- Ümumilikdə pis demək olmaz. Qollar vururdum, yaxşı formada idim. Ancaq indi çətin ki, Slovakiyaya gedim.

- Niyə?

- Oranın məişətinə uyğunlaşmaq çətindir.

- “Trabzonspor”a qayıdıb, əsas heyətə düşmək şansın var idi?

- Bəli. Ancaq mən gözəl başa düşürəm ki, baş məşqçi mənə nə vaxt ümid bəsləyər, nə vaxt yox. İndi Türkiyəyə qayıtmaq vaxtı deyildi. "Qarabağ"da müntəzəm oynamaq “Trabzonspor”da ehtiyatda qalmaqdan yaxşıdır.

- Niyə məhz “Qarabağ”ı seçdin?

- İndiki halda mənim üçün ən yaxşı təklif idi. “Qarabağ”,  Bakı və Çempionlar Liqasında oynamaq xoşuma gəlir.

- Gələn həftə “Çelsi” ilə oyununuz var. Psixoliji cəhətdən oyuna hazırsınız?

- Əlbəttə hazırıq.  

- Çempionlar Liqasının debütantı belə titullu rəqiblə səfər görüşündə nəyə ümid edə bilər?

- Azarkeşlərin əksəriyyəti düşünə bilər ki, bizim heç bir şansımız yoxdur. Ancaq futbolda hər şey mümkündür. Biz İngiltərə çempionuna layiqli  müqavimət göstərdiyimizi sübut etməyə çalışacağıq.

- Bakıda sənə doğma olan mədəniyyətlə qarşılaşırsan. Bu sənin üçün vacib məqamdır?

- Bəli, Sankt-Pterburqdan Türkiyəyə gedəndə mənə çətin idi. Ancaq orda da özümü yaxşı hiss edirdim. Adaptasiya üçün bir ay vaxt lazım oldu. Slovakiyada mühitə uyğunlaşmaq isə daha ağır idi. Bakı mənim üçün Sankt-Peterburq kimidir. Burda özümü evdəki kimi hiss edirəm.

- “Çesli”, “Atletiko” və “Roma”ya qol vurmağını təsəvvürünə gətirirsən?

- Əlbəttə. Kim bunu təsəvvür etməz ki? Həqiqətən qol vurmağı çox istəyirəm. Ancaq ən vacibi qalib gəlməkdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail