Samir Abbasov: "İlk dördlüyə düşməsək, bu uğursuzluq sayılmayacaq" Müsahibə

08.09.2017 | 4633 dəfə oxunub

Hazırlıq necə keçir?

- Hazırlıq çox yaxşı keçir. Oyun qrafikindən çıxmamaq üçün iki həftəlik fasilədə yoldaşlıq görüşü də oynadıq. Sağ olsun "Qəbələ" razılaşdı. 3 oyunçumuz U21 millisində idi. Onlar da artıq komandaya qoşulublar. Tam heyətlə hazırlıq gedir. Şükür olsun heç bir zədəmiz yoxdur. Növbəti turlara çox ciddi hazırlaşırıq. 

Adətən belə fasilələr bəzi komandaları razı salmır. Əsas səbəb isə komandaların məhz bu fasilələr də ritmdən düşməsi göstərilir

- Yox, mən belə deməzdim. Artıq o dövr geridə qalıb. Klublar da bu fasilələrə öyrəşib. Bütün fasilələr öncədən təqvimdə yer alır. Biz də hazırlıqlarımızı buna uyğun qururuq. Digər klubları deyə bilmərəm, amma biz maksimum bu fasilədən istifadə etməyə çalışdıq. Məncə, bu fasilənin bizə çox xeyri dəyəcək.

"Zirə" ilə oyunda qapını Mehdi Cənnətova tapşırmağınız heç də birmənalı qarşılanmadı. "Neftçi"ylə oyunda da bu dəyişikliyi görə bilərik?

- Hər şey ola bilər. Heyəti hələ müəyyənləşdirməmişəm. Mehdi də dura bilər, Fərhad da dura bilər. Hər ikisi də əsas heyətin qapıçısıdı. Əsas məqsəd odur ki, hər ikisini də formada saxlayaq və lazım olanda hər ikisi də komandaya kömək edə bilsinlər.

"Sumqayıt" bu heyətlə ilk dördlüyə düşə bilməsə, bunu uğursuzluq saymaq olar?

- Çalışacağıq ki, ilk dördlüyü tutaq. Amma bacarmasaq, bu heç də uğursuzluq olmayacaq.

Rəşad Sadıqovun karyerasını mövsümün sonuna kimi bitirəcəyi gözlənilir. Hər kəsi isə düşündürən bir sual var - onu kim əvəzləyə bilər?

- Çox güclü stoperi itiririk. Məncə, Rəşadı əvəz edəcək futbolçu tapmaq çətindi. Onun yerinə oynayan cavanlar gərək elə oynasınlar ki, onun yerini verə bilsinlər. Yenə deyirəm, çox çətin olacaq. Həqiqətən, bu günkü gündə onu əvəz edə biləcək futbolçu Azərbaycanda yoxdur.

Ən çox adı hallanan isə, sizin komandanın mərkəz müdafiəçisi Bəxtiyar Həsənalizadədir

- Dəfələrlə mən özüm də istəmişəm ki, Bəxtiyar Həsənalizadə milliyə çağrılsın. Oyunlara olmasa belə, ən azından toplanışlara dəvət alsın və oradakı abu-havanı görsün. Neçə illərdi əsas heyətdə oynayır, amma nədənsə millinnin məşqçiləri ona dəvət göndərmir. Fikirlərinə hörmət edirəm, amma məncə ən azı toplanışlara çağrılmalıdı.


Xanoğlan İmanov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail