Rəşad Sadiqov: "Çalışacam ki, bu yükü üzərimə götürüm" - MÜSAHİBƏ

15.09.2017 | 3455 dəfə oxunub

"Neftçi”nin yeni transferi Rəşad Sadiqovun iştirakı ilə mətbuat konfransı keçirilib. Stadium.Az xəbər verir ki, yarımmüdafiəçi bir sıra sualları cavablandırıb? 

- Hazırda fiziki durumun necədir?

- Məşq edirdim. Sadəcə, tək çalışırdım, dostlarla futbol oynayırdıq. Çəki problemim olmadığına görə məşq etməsəm də, problem olmur. 100 faiz olmasa da, 70 faiz hazıram. Baş məşqçimiz şans versə, oynaya bilərəm.

- Komandanın futbolçularında nə çatmır?

- Futbolçuarda inam çatışmır. Psixoliji durum zəifləmişdi. Baş məşqçimiz özünə inamı, qələbə gücünü komandaya qaytarmağa çalışır.

- "Neftçi" variantı olmasaydı, karyeranı başa vuracaqdın?

- Açığı, "Neftçi"dən təklif olmasaydı, bitirməyi planlaşdırırdım.

- Liderliyi üzərinə götürə biləcəksən?

- Çalışacam ki, bu yükü üzərimə götürüm. Hər komandada lider futbolçu olmalıdı. Tək meydanda yox, meydandan kənarda da.

- 6 nömrənin xüsusi anlamı var?

- Xüsusi bir mənası yoxdu. 20 ildi eyni nömrə ilə oynayıram. Başqa nömrədə çıxış etmirəm.

- "Zirə"də nə baş verdi ki, ayrıldın?

- Oyundan sonra özüm ayrılmaq istədim. Başqa bir problem olduğunu düşünmürəm. Belə alındı. Xarakterlərimiz uyğun gəlmirdi, ona görə də getdim. "Zirə"dən elə bir şey gözləmirdim. Aylıq maaşımı, mərhələ keçdiyimizə görə mükafatımı verdilər. "Zirə" rəhbərliyi yaxşı insanlardı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail