Tərlan Əhmədov: "Qışa qədər çox xal qazanmağa çalışacağıq" - MÜSAHİBƏ

15.09.2017 | 3451 dəfə oxunub

"Neftçi”nin yeni baş məşqçisi Tərlan Əhmədov bu gün mətbuat konfransı keçirib. Stadium.Az xəbər verir ki, baş məşqçi jurnalistlərin suallarını cavablandırıb:

- Klubun keçmiş baş məşqçisi Elxan Abdullayev nələr qoyub gedib?

- Elxan Abdullayevə təşəkkür edirəm. Hər şeyi onun üstünə yıxmaq olmaz. Komandada çatışmazlıq çoxdur. Futbolçularda özünəinam azdır. Hər məşqdə onlarda inamı qaytarıram. Futbolçularda bir-birinə qarşı da inamsızlıq var. Komanda yoldaşları bir-birini qəbul etmirlər. Yerlilər bir, legionerlər başqa qruplaşmadır. Bunları aradan qaldırmağa çalışırıq. Zamana ehtiyacımız var. Fiziki durum çox da pis vəziyyətdə deyil. Amma tam olaraq komanda çempionata hazır deyil.

- Vəzifəyə təyin olunduqdan sonra Elxan Abdullayevlə əlaqə saxladınız?

-Bir-iki dəfə cəhd elədim. Amma zəng çatmadı. Yəqin ki, oyundan sonra əlaqə saxlayacağıq. Əlini sıxıb halallığını alacağam.

-Mətbuatda belə xəbərlər var ki, fiziki hazırlıq üzrə məşqçini göndərmək istəyirsiz.

- Çox şey yaza bilərlər. Heç vaxt kin saxlayan insan olmamışam. Mənim üçün işçinin, futbolçunun fərqi yoxdu. Sadəcə olaraq burda bir məqam var. "Neftçi" Azərbaycan futbolunun tarixidir. Qız Qalası, Şirvanşahlar sarayı kimi. Burda həmişə dahi futbolçular, məşqçilər olub. Kalesnikovun böyük təcrübəsi yoxdur. Mən də çalışıram ki, fiziki cəhətdən problem varsa, daha səviyyəli məşqçi dəvət olunsun. Yaxın müddətdə fiziki hazırlıq üzrə məşqi dəyişikliyi olacaq. Amma hələ ki, Kalesnikov öz vəzifəsindədir. Başqa məşqçilərlə danışıqlar aparırıq.

- Büdcə ilə bağlı AZAL-dan çox fərq var

- Yerlə göy qədər fərq var. Heç bir narazılıq ola bilməz. Məni büdcə maraqlandırmır. Mənim tələblərim başqadır. Nə qədər mülayim olsam da, sərt qərarlarım olur. İşdə məsuliyyətsizliyi bağışlamıram. Bu məsələdə məndə insaf yoxdur.

- Özünüz müdafiəçi olmusuz. Bu gün "Neftçi"nin müdafiəsi sizi qane edir?

- Məğlubiyyətdə pay sahibə tək müdafiəçilər deyil. Hamı məsuliyyət daşıyır. Müdafiə hücumdan başlayır. İnamsızlıq qlobal problemə çevrilib. 4 gündür oyunları izləyirəm. Komandanın oyununda xətlərarası anlaşma yoxdur. Müdafiədə də, orta xəttə də, hücumda da problem var. Rəşadı ona görə dəvət etdim ki, müdafiə ilə yarımmüdafiə arasındakı boşluğu dolduraq. Uzun marafonlu yarışı qazanmaq istəyirsənsə, müdafiən mühkəm olmalıdır.

- Qarşınızda hansı məqsəd qoyulub?

- Qışa qədər çox xal qazanmağa çalışacağıq. Qışdan sonra yeni futbolçular cəlb edəcəyik. Çalışacağıq ki, əvvəlki "Neftçi"də olduğu kimi heyətimizə səviyyəli futbolçular cəlb edək. Rəhbərlik bütün səlahiyyəti mənə verib. Bütün problemlərin məsuliyyəti mənə həvalə edlib.

- Böyükağa Hacıyev deyir ki, uğur resepti məndədir. Ondan həmin resepti aldınız?

- Əvvəla Böyükağa müəllimə Allah şəfa versin. İkincisi də heç bir danışığımız olmayıb.

- "Neftçi" 2012/2013-cü il mövsümündə rəhbərliyiniz altında 10 oyunda 21 xal toplamışdı. İndi də bu mümkündür?

- O vaxtla indi arasında çox fərq var. Komandanı yaxşı tanıyırdım. İndi isə cəmi 5 gündü komanda ilə bir yerdəyəm. Konkret neçə xal toplayacağımızı deyə bilmərəm.

- Futbolçulara uğursuzluğa görə cəza nəzərdə tutulub?

- Bəli. Tək uğursuzluğa görə yox, bütün məsələlərdə cəzalarla bağlı kodeksimiz hazırdır. Futbolçu yüksək məbləğdə maaş alırsa, cəzalara hazır olmalıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail