Ayxan Abbasov: "Onlara xəbərdarlıq edərəm" - MÜSAHİBƏ

16.09.2017 | 3485 dəfə oxunub

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının V turunda səfərdə “Neftçi” ilə qarşılaşmadan (1:2)  sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun ağır olacağını bilirdik. Rəqibdə baş məşqçi dəyişikliyinin olması onların çıxışına da təsir etmişdi. Komanda taktiki baxımdan yaxşı oynadı. Çempionatın əvvəlində, avrokuboklarda etdiyimiz səhvləri get-gedə azaldırıq. Ancaq görüləcək işlər çoxdu. 3 xal bizim üçün çox lazımlı idi. Tərlan Əhmədova gələcək oyunlarda uğurlar arzulayıram.

- Tərlan Əhmədovla oyundan öncə görüşüb, yeni iş yeriylə bağlı təbrik etdiz. Bəs Rəşad Sadiqovla necə?
- Rəşad Sadiqov söhbəti bizim üçün bağlanıb. Onunla klubdan ayrılanda görüşüb danışmışdıq. Bu məsələ artıq bizim üçün bitib.

- Komanda hər qola xüsusi tərzdə, daha çılğın formada sevinir. Bunun xüsusi səbəbi var?
- Necə yəni, sevinməyək? (gülür). Bunun xüsusi bir səbəbi yoxdu. Komanda qol vurubsa, futbolçular sevinməlidi. “Çelsi” “Qarabağ”la oyunda 4-cü qolu vurduqdan sonra da bunu xüsusi qeyd etdi.

- “Neftçi” bu gün sizi nə iləsə təəccübləndirdi?
- “Neftçi”də görüləcək işlər çoxdu. Başqa komanda barədə danışmaq istəməzdim. Bu komanda bizim əsas rəqiblərimizdəndi. Onlara qarşı oyunumuz çox çətin alındı. Etiraf edim ki, matç heç-heçə də bitə bilərdi.

- Oyundan sonra paltardəyişmə otağında böyük hay-küy var idi. Bu oyun üçün mükafat açıqlamışdız?
- Xeyr. Biz oyundan dərhal sonra mükafat açıqlamırıq. Sadəcə, futbolçulara yaxşı oyun üçün təşəkkür etdim.

- Oyun zamanı Qadze ilə Matey arasında fikir ayrılığı yaşanırdı...
- Həmin epizodu görməmişəm. Lakin hər ikisi intizamlı futbolçudu. Baxarıq, ciddi bir şeydisə, onlara xəbərdarlıq edərəm.

- Komandanın üzvləri qəsdən yerdə qalıb, vaxt öldürürdü. Bu təcrübəni “Astra” ilə oyunda qazanmışdız?
- Mən oyunda elə epizod görmədim. Bəlkə biz ayrı oyunlara baxmışıq?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail