Qurban Qurbanov: "Onların oyunundan hələ razı qala bilmərəm " - MÜSAHİBƏ

17.09.2017 | 2922 dəfə oxunub

Azərbaycan Premyer Liqasının V turunda doğma meydanda "Kəpəz"i qəbul edən "Qarabağ" 2 cavabsız qolla qalib gəldi. Stadium.Az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Qalib gəlmək istəyirdik. Bilirdik ki, "Kəpəz" əks hücumda oynayacaq. Baxmayaraq ki, daha çox qol vurmaq şansımız oldu. Futbolçularımı təbrike dirəm. Ruh düşkünlüyü və psixoloji yorğunluq vardı komandada.

- İbrahim Şhiçin komandadan gedəcəyi deyilir...

- Şehiç komandadadır. Hazırda bizlədi.

- Meydana yeni çıxan 3 transferin oyunundan razı qaldız?

- Onların oyunundan hələ razı qala bilmərəm. Çempionatımızla Çl arasında fərq tam fərqlidir. Yerlə göy qədər fərq var. O yarışdan sonra komandanı toparlamaq çox çətindi.

Belə oyunlardan sonra da çempionatda meydana çıxmaq, oyun oynamaq çox çətindir. Çünki burda rəqiblərimiz müdafiədə oturur, oynamağa imkan vermirlər.

- Kintanın uzun müddətdən sonra meydana çıxdı...

- Şadam ki, o, bu gün meydana çıxdı və qol vurdu. Qol vurması daha tez toparlanmasına kömək edəcək. Onun əsas fomaya düşməsi üçün 90 dəqiqə 4-5 oyunda meydanda olmalıdır. Sadəcə ümumi durumdan razıyam. Bir daha göstərdi ki, o, komandaya tam uyğunlaşmış futbolçudur. 

- Nə üçün "Azərsun Arena"da oynamırsız?

- Hazırda Respublika stadionunun durumu ordan daha yaxşıdır. Həm də U-19 komandamıza görə bu seçimi etdik. 

- Olimpiya stadionuna uyğunlaşmaq problem yaratmayacaq?

- Bu barədə hələ heç nə deyə bilmərəm. Bizim üçün orda müsbət məqam odur ki, daha çox azarkeşlərimiz olacaq.

- Ansi Aqolinin zədəsi nə yerdədi?

- "Sumqayıt"la oyunda oynamayacaq. "Roma"yla matça hazır olub olmayacağını da demək olmaz. 

- Ağabalaya şans vermirsiz, səbəbin bilmək olar?

- Onun köhnə zədəsi var. Əzələsi yenə ağrıdı. 

- Yakubu yeni mövqedə oynadırsız...

- Yeni mövqe deməzdim. Oyunun gedişində yerdəyişmələr edirdik. Bu da normal haldı. Verilən tapşırığı yerinə yetirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail