Dieqo Simeone: "Buna görə, üzr istəyirəm" - MÜSAHİBƏ

18.10.2017 | 5928 dəfə oxunub

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ”a qarşı Bakıda oynayacaqları qarşılaşma öncə mətbuat jurnalistlərin suallarını cavablandırıb:

- Bizi çətin oyun gözləyir. İlk iki matçda uğursuzluq olsa da, komandama güvənirəm. İnanıram ki, komandam sabah lazımi qələbəni qazanacaq. Bizdə gözləntilər konkret bir oyunçu üzərində deyil. Hamıdan eyni oyunu gözləyirəm.

- “Barselona” ilə matçda heç-heçə etdiniz. Həmin nəticədən sonra narahat deyilsiniz?
- Komandamın düzgün yolda olduğunu bilirəm. Çalışırıq ki, oyundan-oyuna “artıraq”. “Roma” ilə matçda qələbə qazanmalı idik, amma heç-heçə ilə kifayətləndik. Hər hansı dəyişiklik düşünmürəm. Komandama güvənirəm.

- “Qarabağ” o qədər də güclü deyil. Kimisə sınamaq fikrində deyilsiniz?
- Bizə 3 xal lazımdı. Bunun üçün hansı dəyişiklik lazımdısa, onu da edəcəyik. “Astana” ilə matçda xal itkimiz olub. Belə bir təcrübəmiz var. “Qarabağ” “Roma”ya asanlıqla məğlub olmayıb. Bu da bizi çətin oyunun gözlədiyini deməyə əsas verir.

- “Barselona” və “Çelsi” kimi komandalarla oyunlardan sonra“Qarabağ”a qarşı matça uyğunlaşmaq çətin olmur?
- Hər oyunun öz gözəlliyi var. Rəqibin kimliyindən asılı olmayaraq, hədəfimiz qələbə olur.

- “Qarabağ”da kimi özünüz üçün təhlükəli hesab edirsiniz?
- Rəqibin heyətində həm hücumçular, həm də cinah oyunçuları təhlükəlidi. Miçeli qeyd edə bilərəm.

- “Qarabağ” ispan futboluna yaxın oyun sərgiləyir. Belə komandaya qarşı çıxış etmək sizə nə kimi çətinlik yarada bilər?
- “Qarabağ” ispan futboluna yaxın oyun göstərir. Bunu təsdiqləyə bilərəm. Amma hər matça fərqli yanaşırlar. “Çelsi” və “Roma”ya qarşı fərqli oyun göstərmişdilər. Əsasən 4-3-3 və 4-2-3-1 sistemi ilə oynayırlar. Sabah hücumameyilli oyunçuları bizə çətinlik yarada bilərlər.

- “Çelsi” ilə matça kimi, La Liqa görüşlərində asan qələbələr qazanmışdınız. Lakin həmin görüşdən sonra sanki eniş yaşanır...
- Komanda hər oyuna eyni formada hazırlaşır. Hələ yaxşılaşdıracağımız cəhətlər var. Bunların üzərində işləyirik. Çalışmaqla nəticələr də yaxşılaşır.

- Azərbaycanla əməkdaşlığınız olmuşdu və bu, sizə uğur gətirmişdi. Qarabağ bölgəsi və Azərbaycan haqda fikirləriniz maraqlı olardı...
- Qarabağın tarixi haqda məlumatım yoxdu. Buna görə, üzr istəyirəm. Klub barədə məlumatım var. Azərbaycanla əməkdaşlığımız bizə uğur gətirmişdi. İlk ilimizdə İspaniya Kral Kubokunu, daha sonra isə La Liqanı qazanmışdıq, Çempionlar Liqasının finalına adlamışdıq. İnanıram ki, burdan getdikdən sonra da eyni uğurları qazanacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail