Ayxan Abbasov: "Hər futbolçu "Qarabağ”da oynaya bilməz"

21.10.2017 | 5583 dəfə oxunub

"Gərgin oyun oldu. "Sumqayıt”ın evdə istəkli olduğunu bilirdik. Matçın başlanğıcı istədiyimiz kimi alındı, erkən qol vurduq. Lakin daha sonra səhvlərə yol verdik”.

Stadium.Az xəbər verir ki, bu sözləri "Zirə”in baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 9-cu turunda səfərdə "Sumqayıt”a 1:2 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında  deyib.

36 yaşlı mütəxəssis bildirib ki, komandası ikinci qolu vura bilsəydi, hər şey başqa cür olardı: "Zəif oyunlarımızdan oldu. Müdafiədə səhvlər etdik. Heyətə müəyyən problemlər var. İndi  ən çətin anlardır. Çalışacağıq ki, toparlanaq".

Daha sonra A.Abbasov jurnalistlərin suallarını cavablandırıb.

- Qapıçınız Kamal Bayramovun əla qurtarışları olmasaydı, "Sumqayıt”daha böyük hesabla qələbə qazana bilərdi. Onu bundan sonra da əsas heyətdə oynadacaqsınız?

- Yenə də deyirəm, biz ikinci qolu vura bilsəydik, başqa cür olardı. Kamala gəlincə, ona ötən mövsümdə də şans verirdik. Hazırda Anar Nəzirovun ayaqlarında ağrılar var. Ona istirahət vermişdik. Rəqiblərdən asılı olaraq hər ikisin oynadacağıq.

- Qabriel Matey əvəzlənən zaman bua etiraz etdi. Həmin an ona nə dediniz?

- Qabriel narazılıq edə bilər, futbolda belə şeylər olur. Lakin bunu aşkar etməməlidir. Ona bunu söylədim. Heç kimə fərq qoymuruq. O, cəzasını alacaq.

- Bu gün "Zirə” ən bərbad oyunlarından birini keçirdi. Səbəb nədir?

- Ümumən bərbad oynamadıq. Bundanda pis oyunlarımız olub. Bəzi futbolçularımız həddindən artıq zəif çıxış etdilər. Açığı, mətbuat konfransında futbolçuları günahlandıraq mənim tərzim deyil. Komanda şəkində uduzduq. İddialı klubda olduqları üçün üzərlərində təzyiq var. Buna öyrəşməyiblər. Bu oyunu undub, "Qəbələ” ilə görüşü düşünməliyik.

- Riçard Qadze və Təmkin Xəlilzadənin "Qarabağ”ın maraq dairəsində olduqları söylənilir. Təklif gəlsə, buraxacaqsınız?

- Futbolçularımıza iddialı klublardan təklif gələrsə, bu bizi sevindirər. Yayda Təmkindən danışan yox idi, indi milliyə dəvət alır. Ötən illə müqayisədə Qadzedə də fərq var. Bu, rəhbərliyin işidir. Təklif gələrsə, baxarlar. Hər futbolçu "Qarabağ”da oynaya bilməz.

- Təmkin Xəlilzadə oynaya bilər?

- Niyə də oynamasın? Azərbaycanın ən perspektivli futbolçulardan biridir. Amma "Qarabağ”ın işinə qarışa bilmərəm. Təmkin üzərində çox işləməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail