Rəşad Sadiqov: "Hakimlər də səhv etdilər" - MÜSAHİBƏ

20.11.2017 | 1976 dəfə oxunub

“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov Premyer Liqasının XII turunda “Qəbələ”yə 2:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Əvvəlcə oyunla bağlı fikirlərini bilmək maraqlı olardı...

- Özünüz də gördünüz ki, açıq futbol getdi. Hər iki komanda üçün çətin oyun oldu. Qələbə qazanmalı idik. Məğlub olduğumuz üçün məyusuq.

- Səncə, məğlubiyyətə nə səbəb oldu?

- Yəqin hardasa səhv etdik ki, komanda məğlub oldu. Hakimlər də səhv etdilər. Biz hesabı açdıqdan 4 dəqiqə sonra qapıdan zərbə əvəzinə künc nöqtəsini göstərdi. Onlar da bundan istifadə edib qol vurdular. Kimsə deyə bilər ki, xırda səhv idi. Amma məhz həmin səhvdən sonra qapımıza qol vurdular. Bilmirik, daha neyləmək lazımdır ki, 2 topdan artığını vuraq, qələbə qazanaq. Özümüzdə də səhvlər oldu. Amma hakimlər də bir az diqqətli olsalar,  yaxşıdır. Hər şey hamının gözünün qabağında baş verdi. Başqa deyiləsi söz yoxdur.

- Hesabda 2 dəfə öndə olsanız da, qoruyub saxlaya bilmədiniz...

- Problem özümüzdə də var idi, hakimdə də. Qol vurduq, olmayan künc zərbəsindən qapımızda qol gördük. İkincini vurduq, sağ olsunlar, penalti verdilər, hesab bərabərləşdi. Bundan sonra hücuma atıldıq. Əks-hücumda qol buraxıb uduzduq.

- Oyunun gedişində tez-tez Rəhmanla Krivotsyuka qışqırırdın. Deyəsən, oyunlarından razı deyildin...

- Hər ikisi gənc futbolçudur. Bəzən elə epizodlar olur ki, müəyyən tapşırıqlar verməli olursan. Anton tez-tez oyunçunu buraxırdı. Tərlan müəllim hər dəfə onu başa salır ki, belə etmək olmaz, çox təhlükəlidir. Çünki rəqib futbolçudan 1 addım geri qalsan, bu, qapı qarşısında təhlükə yaratmağa bəs edir. Ona görə qışqırırdım.

- 4 oyunluq qələbə seriyasından sonra 2 iddialı rəqiblə matçda məğlub olmusunuz. Qarşıda isə “Qarabağ”la daha çətin oyun var. Bu məğlubiyyətlər komandada hələ də problemin qaldığını göstərir?

- Biz ardıcıl 4 qələbə qazananda da Tərlan müəllim demirdi ki, problemlər arxada qaldı. Hər zaman deyir ki, çatışmazlıq var. Bunları aradan götürmək, oyunumuzu təkmilləşdirmək lazımdır.

- Təkcə oyunu təkmilləşdirmək, yoxsa mövqelər üzrə də dəyişikliklər etmək lazımdır?

- Belə şeyləri baş məşqçi bilir. Kimləri layiq biləcəksə, komandaya götürəcək. Yeni oyunçu olmasa belə, hansı heyətlə oynayırıqsa, əlimizdən gələni etməliyik. Çünki ilk “3-lük”dən kənarda qalmaq “Neftçi”yə yaraşmaz.

- “Neftçi”nin problemi yerli futbolçularla bağlıdır, yoxsa əcnəbilərlə?

- Bunu ayırmaq olmaz axı. Kənarda azərbaycanlılarla əcnəbilər ayrı otura bilərlər. Amma meydana çıxırıqsa, hamımız bir komanda oluruq. Yeri gələndə, hər ikisinin üstünə qışqırıram. Hansında səhv olursa, iradımı bildirirəm. Fərq qoymuram. Deyə bilmərəm ki, legionerlər və ya yerlilər zəifdir. Hər kəs özünə cavabdehdir.

- Nizami Hacıyev qış fasiləsində “Neftçi”yə keçəcək. Bu barədə nə deyə bilərsən?

- Açığı, mətbuatdan oxumuşam. Özünü bazada hələ görməmişəm (gülür). Doğrudan da məlumatım yoxdur.

- Necə düşünürsən, komandaya fayda verə bilər?

- Əlbəttə, xeyiri dəyər. Yaxşı qolları var. Özü də vurğulayıb ki, fiziki cəhətdən geriliyi var. Bunu aradan qaldırsa, daha yaxşı olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

13:18  ÇL-də bu gün - Yenilənir

20.08.2018

18:06  III turun oyun cədvəli - Ölkə çempionatı

14:44  "Sabah" - "Sumqayıt" 1-4 VİDEO

14:34  "Sassuolo" - "İnter" 1:0 VİDEO

14:29  "Real" - "Xetafe" 2:0 VİDEO

10:30  İkinci turu nə qədər azarkeş izləyib? - Ölkə çempionatı

19.08.2018

22:35  "Torino" - "Roma" 0:1 VİDEO

20:09  "Sabah" - "Sumqayıt" -HEYƏTLƏR

18:11  "Neftçi" - "Qəbələ" -HEYƏTLƏR

16:26  "Astana"ya geri dönəcəm" - Qriqorçuk

12:45  "Latsio" - "Napoli" 1:2 VİDEO

00:54  "Genqam" - PSJ - 1:3 VİDEO

00:30  "Kyevo" - "Yuventus" 2:3 VİDEO

00:28  "Çelsi" - "Arsenal" 3:2 VİDEO

00:06  "Zirə" - "Keşlə" 2:2 VİDEO

18.08.2018

23:49  Qurban Qurbanov: "Vaxt lazımdı" - MÜSAHİBƏ

20:15  "Zirə" - "Keşlə" - HEYƏTLƏR

18:02  "Səbail" - "Qarabağ" -HEYƏTLƏR
   
  O Q H M T-f X
1. Neftçi 2 2 0 0 4-1 6  
2. Sabah 2 1 0 1 2-4 3  
3. Qarabağ 1 1 0 0 2-0 3  
4. Qəbələ 2 1 0 1 4-2 3  
5. Sumqayıt 2 1 0 1 4-3 3  
6. Zirə 1 0 1 2 2-2 1  
7. Keşlə 2 0 1 1 2-3 1  
8. Səbail 2 0 0 2 0-5 0  
19.08Səbail 1-4Sumqayıt
19.08Neftçi 2-1Qəbələ
18.08Zirə 2-2Keşlə
18.08Səbail 0-2Qarabağ
25.08Qəbələ -Sumqayıt
25.08Qarabağ -Neftçi
26.08Keşlə -Səbail
26.08Zirə -Sabah