Tale Heydərov: "Baş məşqçi yeni oyunçular istəsə, onları almağa hazırıq"

25.11.2017 | 3859 dəfə oxunub

"Bu nəticəni gözləmirdik. Çünki ilk dövrədə Qəbələdə "Kəpəz"ə uduzmuşduq.  Bugünkü görüş bizim üçün çox vacib idi. Futbolçularımız yaxşı çıxış etdilər və gözəl qələbə əldə etdilər”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin prezidenti Tale Heydərov Premyer Liqanın 13-cü turunda “Kəpəz”lə keçirilən oyundan (6:1) sonra jurnalistlərə müsahibəsində deyib. 

- 13 oyundan sonra “Qəbələ”nin çıxışını necə dəyərləndirirsiniz?

- Məncə, yaxşı çıxış etmişik. Bəzi oyunlarda xal itirməməli idik. Nəyə görəsə "Qəbələ" bəzən zəif komandalara gözlənilmədən uduzur və ya xal itirir. Ümumilikdə, çıxışlarımızı yaxşı qiymətləndirərdim. 

- Bu komanda "Qarabağ"ın hegemonluğuna son qoya bilər?

- Bu etməyə çalışacağıq. "Qarabağ" da çox güclüdür, Çempionlar Liqasında çox gözəl çıxış edir. Ona görə də bizim üçün asan olmayacaq. Amma əlimizdən gələni edəcəyik ki, bu mövsüm çempion olaq. 
 
- Son zamanlar "Qəbələ"nin maliyyə durumu ilə bağlı neqativ xəbərlər dolaşır.

- Bizdə heç bir problem yoxdur. Müəyyə vaxtlarda ödənişlərdə müəyyən gecikmələr baş verə bilər. Amma ümumilikdə ciddi problem olduğunu deməzdim. Bütün oyunçular hazırkı vəziyyətdən razıdırlar və hər şey qaydasında gedir. 

- Qış hazırlıq planları ilə bağlı baş məşqçi Roman Qriqorçukla söhbətiniz olub?

- Baş məşqçi yeni oyunçular istəsə, onları almağa hazırıq. Əlbəttə, bu, mövcud büdcə imkanları daxilində baş verəcək. Baş məşqçi nə qərar versə, onu dəstəkləyəcəyik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail