Emin Mmahmudov: "İndi “Neftçi”ni yüksəltmək haqda düşünürəm" - MÜSAHİBƏ

26.11.2017 | 3687 dəfə oxunub

“Keşlə”ylə dünən keçirilən oyundan sonra “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov jurnalistlərin suallarını cavablandırıb:

- Bugünkü qələbədə əsas pay sahibi kim və ya nədi?

- Çox istəkli idik. Çünki son 2 turda məğlub olmuşduq. Təbii ki, uğurun da tərəfində olması vacibdi. Məsələn, “Qəbələ” ilə oyunda bəxt tərəfimizdə deyildi. Halbuki onda da xeyli qol imkanımız oldu, amma yararlana bilmədik. Bu dəfə isə istifadə edə bildik. Daha çox qol vurmaq olardı.

- Rəqib fərqi minimuma endirən zaman qələbənin əldən gedəcəyi qorxusu var idimi?

- İki ardıcıl qoldan sonra bir qədər arxayınlaşdıq. Rəqib isə bundan istifadə etdi. Halbuki biz hesabdakı üstünlüyümüzdən istifadə edib, onları təzyiqdə saxlamalıydıq. Belə məqamlarda diqqətli olmaq lazımdı. Çünki qələbəni əldən versəydik, heç kim yaxşı oynadığımızı deməyəcəkdi.

- Əvvəlki formanızı bərpa edə bilmisizmi?

- Fiziki durumum normaldı. Çoxdandı oynamadığıma görə, yükləmələr gedir. Bərpa olmaq üçün bu, vacibdi. Özümü yaxşı hiss etdiyimi deyə bilərəm.

- 8 komandalı çempionat necə, maraqlıdımı?

- Hər dəfə eyni rəqiblə qarşılaşırıq. Bizim işimiz həmin oyunlarda yaxşı nəticə qazanmaqdı. Xüsusilə, region komandalarının çox olmasını istərdim. Çünki bölgələrdə stadiona daha çox azarkeş toplaşacaq. Nə edək, indi nə varsa, onunla kifayətlənirik. Gələcəkdə bunun qaydasına düşəcəyinə inanıram. Bölgə təmsilçiləri çox olsa, futbolumuz da inkişaf edəcək.

- Rusiyadan çağırış varmı?

- Bu gün “Neftçi”də mütəmadi oynayıram və bunu davam etdirmək istəyirəm. Harasa getməyə çalışmıram, can atmıram. Tez-tez klub dəyişməkdən yorulmuşam.

- Qurban Qurbanovun milliyə təyinatından sonra onun gözünün qabağında oynamaq daha yaxşıdı...

- Bu haqda danışmağın mənası yoxdu. İndi millinin oyunu yoxdu. Ona görə də, belə suallar haqda düşünmək istəmirəm.

- Ancaq yanvarda ilk toplanış olacaq...

- İndi “Neftçi”ni yüksəltmək haqda düşünürəm. Biz yaxşı oynasaq, formada olsaq, baş məşqçi də dəvət göndərəcək. Ona görə əsas diqqətimi “Neftçi”nin uğur qazanmasına yönəldirəm. Yığma haqda düşünmək tezdi. Hər şeyin öz vaxtı var. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail