Samir Abbasov: "Hələ bu məsələ dəqiqləşməyib"

26.11.2017 | 4416 dəfə oxunub

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Səbail"lə evdə 0:0 hesablı heç-heçə etdikləri Premyer Liqanın XIII tur matçından sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 
 
- Həddən artıq udmaq istəyimiz belə nəticəyə gətirib çıxardı. Amil Yunanovun son zamanlar oyunu alınmır. Bilmirəm nədəndir. Bəlkə də məqsəd qoyub ki, bombardir olmalıyam. Son 2 oyunda 6 qol imkanını əldən verdi. Qış fasiləsi yarandıqdan sonra təhlillər aparacağıq.
 
- Sizə elə gəlmirmi ki, bu gün 10 futbolçu ilə oynadınız. Çünki Ramil Həsənov meydanda yox kimi idi...
 
- Bu gün Ehtiram Şahverdiyevin effektini görmədim. Ramil Həsənovu məcburən meydana buraxdıq. Çünki 3 oyunçumuz cəzalı idi. Ehtiram ona verilən ötürmələri dəyərləndirməli idi.
 
- Rəşad Eyubov ləng təsir bağışlayırdı...
 
- Bu gün vəziyyət tələb edirdi ki, tələsməsin, aramla oynasın. İlk yarıda məşqlərdə etdiyimiz epizodlardakı kimi yararlanmaq mümkün olsaydı, nəticə başqa cür olardı. Amma Rəşadın oyunundan o qədər də narazı deyiləm. Hücumda qol vəziyyətlərindən yararlanmamaq məni narahat edir.
 
- Bu yaxınlarda "Atletiko"nun düşərgəsinə yollanacağınız xəbərləri nə dərəcədə doğrudur?

- Hələ bu məsələ dəqiqləşməyib. İlk növbədə, "Atletiko" razılıq verməlidir. Klubumuz da əlindən gələni edir ki, ən yaxşı klublardan birinə gedək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail