Tərlan Əhmədov: "Heç vaxt qisas almaq barədə düşünməmişəm"

29.11.2017 | 5048 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Zaqatala”ya qalib gəldikləri oyundan (5:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Nəticə öz yerində, oyundan razı qalmadım. "Zaqatala" ilk hissədə məni çox təəccübləndirdi. Rəqibin oyunu çox xoşuma gəldi. Bu komandanın potensialı var, öz layiqli yerlərini tutacaqlar.

- İki gündən sonra Azərbaycan Premyer Liqasının XIV turunda "Qarabağ"la qarşılaşacaqsınız...

- Bəli, bizi ağır oyun gözləyir. Bu səbəbdən bu gün çox dəyişiklik etdim. Bəzi futbolçulara istirahət vermişdim. Oyun təcrübəsi az olanları meydana buraxdım. Lakin çoxunun oyunundan razı qalmadım. Belə matçlarda daha istəkli olmaq lazımdır. Bəzi səhvəri gördüm. Müdafiə xəttindəki çatışmazlıqlar mənim üçün böyük problemə çevrilib. Hücumu düzəltmişik, amma arxa xətdə sıxıntı var. Bu da məni çox qayğılandırır. Dekabrda bu çatışmazlığı aradan qaldırmağa çalışacağıq. Bu oyun mənim üçün bir siqnal idi. Görüləcək işimiz çoxdu.

- Sensasiya baş verməsə, 1/4 finalda "Neftçi" üçün arzuolunmaz rəqib sayılan "Zirə" ilə qarşılaşacaqsız. Bu, qisas almaq üçün fürsətdi, yoxsa "Xəzər"lə düşmək istərdiniz?

- Heç vaxt qisas almaq barədə düşünməmişəm. Rəqibin kim olmasının fərqi yoxdur. Kim güclü olsa, onunla üzləşəcəyik. İstər kubokda, istər çempionatda mümkün qədər irəli getməyə çalışacağıq. Üç xallıq sistemdə 9-10 xallıq fərq elə də böyük deyil. Hər iki cəbhədə əlimizdən gələni edəcəyik. Qışa qədər maksimum xal toplamağa çalışacağıq.

- Daniel Seqoviya het-trik etdi. Ondan razı qaldınız?

- Hücumçunun işi qol vurmaqdır. Onu Premyer Liqada da yoxlamaq istərdim. Bu gün ön xəttdən şikayət etmədim. Problem müdafiədədir. Buraxdığımız qollar məni qayğılandırır.

- Nizami Hacıyevlə razılığa gəlmisiz. Başqa danışıq apardığınız futbolçu var?

- Bu barədə bütün söhbətlər fasilə zamanı olacaq. Nəzərimizdə olanlar var. Əcnəbi futbolçu da axtarırıq.

- "Neftçi"nin əvvəlki legionerlərindən kimisə geri qaytarmağı düşünürsünüz?

- Xeyr. Komandaya yeni nəfəs gətirmək istəyirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail