"Nizami Hacıyevlə danışıqlarımız olsa da, Mirhüseynlə belə danışığımız olmayıb"

01.12.2017 | 4188 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə “Qarabağ”la qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


- Fanatlarımıza təşəkkür edirəm. Komandamıza sona kimi dəstək oldular. İki fərqli hissə izlədik. İlk hissədə müdafiəyə qapandıq. Bu, planımızda yox idi. İkinci hissədə isə istədiyimizin 70 faizini rellaşdıra bilmədik. “Qarabağ”a Çempionlar Liqasında uğurlar arzu edirəm.

- Krivotsyuk künc zərbələri zamanı rəqibin cərimə meydançasına girə bilmirdi...

- “Qarabağ” bizi əks-hücumlarda yaxalaya bilərdi. Buna görə də Məhəmmədlə Krivotsyuku arxada saxlayırdıq.

- Bu gün AFFA İntizam Komitəsi Nizami Hacıyev və Mirhüseyn Seyidovu ömürlük futboldan kənarlaşdırdı. Düşnümürsüz ki, bu, “Neftçi”yə qarşı atılmış addımdı Çünki hər iki futbolçunun “Neftçi”yə keçidi gündəmdə idi...

- Məşqçi olaraq İntizam Komitəsinin qərarına hörmətlə yanaşıram. Nizami Hacıyevlə danışıqlarımız olsa da, Mirhüseynlə belə danışığımız olmayıb. Nizami ilə 1/4 final oyunundan sonra anlaşmağı planlaşdırmışdıq. Niyə belə olub bilmirəm. İstərdim ki, haqq-ədalət öz yerini tapsın. Mirhüseyn mənim siyahımda olmayıb.

- Mirhüseyn Seyidov “Neftçi” ilə oyunda qəsdən zəif çıxış etdiyini dedi. Siz oyun zamanı bunu hiss etdiz?

- Oğru elə bilir ki, hamı oğrudu. Həyatım boyu heç kimi belə bir şeylə ittiham edə bilmərəm. Mən həmişə öz oyunumuza baxıram. Rəqibdə nə baş verdiyi mənim marağımda deyil. Bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olsun, İntizam Komitəsi bunu yaxşı araşdırsın. Vəziyyəti “Neftçi” ilə əlaqələndirmək olmaz. Bu gün çox futbolçu “Neftçi”yə keçmək istəyir. Bu o demək deyil ki, bütün bu futbolçular “Neftçi”yə keçəcək, bizimlə oyunda zəif çıxış edəcəklər.

- Mirabdulla Abbasovun 10 dəqiqə sərgilədiyi oyun Barqasın 80 dəqiqədəki çıxışından daha effektli idi. Ona daha çox şans verməyə sizə nə mane olur?

- Futbola siz başqa cür baxırsız, mən başqa cür. Mirabdulla bu gün 30-35 dəqiqəlik futbolçudu. O, fiziki cəhətdən tam hazır deyil. Mın kluba gələndə onun zədəsi var idi. Futbolçu elədi ki, bir oyun alına bilər, bir oyun alınmaya bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail