Mahi Mədətov: "Deyəsən, atam mənim yerimə futbol oynayır" - MÜSAHİBƏ

02.12.2017 | 4404 dəfə oxunub

“Qarabağ”ın hücumçusu Mahir Mədətov Azərbaycan Premyer Liqasının XIV turunda “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Bu aralar oyunlar üst-üstə düşür. İstirahətə vaxt qalmır. Çalışırdıq ki, qısa vaxtda maksimum şəkildə hazırlaşaq. Bundan sonra “Roma” ilə səfər oyunumuz var. Daha sonra isə “Səbail”ə qarşı oynayacağıq. Bu oyunda qələbəni çox istəyirdik. İlk hissədə daha yaxşı oynadıq.

- Sıx qrafikdə oynamaq komandanı yorur?

- Yorur, amma qrafiki bölüşdürmüşük. Qurban müəllimin qrafikinə uyğun davranırıq.

- Atan mətbuata açıqlmasında deyib ki, oğluma Avropa klublarından təklif var. Bu barədə nə deyə bilərsən?

- Deyəsən, atam mənim yerimə futbol oynayır (gülür). Mən "Qarabağ"ın futbolçusuyam. Komanda ilə mövsümün sonuna kimi müqaviləm var. Məni istəyən komanda klubuma müraciət etməlidir. Qurban Qurbanovun üzərimdəki əziyyəti çoxdur. İlk məsləhət alacağım insan baş məşqçimdir.

- İnkişafda olan gənc futbolçusan. Özünü xaricdə sınamaq istəyirsən?

- Əlbəttə, istəyirəm. Amma səhv zamanda getmək istəmirəm. Burada pul rol oynamır. Futbolda özümü inkişaf etdirmək istəyirəm. Bunun üçün çox düşünmək və məsləhət almaq lazımdır. Bir gün alınacağına və legioner həyatı yaşayacağıma inanıram.

- Azərbaycanlı futbolçularda legioner həyatı alınmır. Buna görə ehtiyatlanmırsan?

- Bu işdə gərək hər şeyi düşünəsən. Toplanışlarda 10-15 günlük ailədən kənarda qalanda ev üçün darıxırıq. Amma bu, bizim işimizdir və buna məcburuq. Böyük yerlərə gəlmək üçün bəzi şeyləri düşünmək lazımdır.

- “Roma” ilə oyundan nə gözləyirsən?

- Yaxşı oyun. İstəyirik ki, son matçda yaxşı oyun nümayiş etdirək.

- Qrupun son matçında qapını bərk çırpa biləcəksiniz?

- İnşallah, çırparıq.

- “Roma”ya da mütləq qələbə lazımdır...

- Güclü olan qalib gəlsin. Oyun rəqibin meydanında olacaq. Üstünlük “Roma”dadır. Amma kim deyə bilərdi ki, hər iki matçda “Atletiko”dan xal alacağıq? Futboldur, hər şey ola bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail