Qara Qarayev: "Əgər onu əldə eləsəm, bu suala cavab verəcəm" - MÜSAHİBƏ

06.12.2017 | 4767 dəfə oxunub

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev “Roma” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqqında nə deyə bilərsiniz?

- Matçın daha gərgin keçəcəyini gözləyirdik. Çünki qrupdan kimin çıxcağına bu oyunda qərar veriləcəkdi. Amma ilk hissədə lazımi səviyyədə müdafiə olunduq. İkinci hissədə isə ənənəvi ilk 15 dəqiqə təzyiqinə dözə bilmədik. Ani diqqətsizlik qolla nəticələndi. Sonra oynamağa çalışdıq, ancaq “Roma”ya qarşı səfərdə oynamaq elə də asan işd deyil. Düşünürəm ki, ölkəmizi, xalqımızı yaxşı təmsil elədik.

- Futbolçu üçün hansı daha üzücüdür? Böyükhesablı məğlubiyyət, yoxsa rəqiblə başabaş oynayıb uduzmaq?

- Əlbəttə ki, böyükhesablı məğlubiyyət.

- Heyətdə itkilər var idi. Onların yerində çıxış edən futbolçular necə çıxış etdilər?

- Kimisə fərqləndirmək istəmirəm, ancaq Şehiçdən tutmuş ən ucdakı Ndlovuya qədər hər kəs ona tapşırılan işin öhdəsindən gəlməyə çalışdı. Ən azından 70-80% bunu bacardıq. İndi daha çox əmin oluram ki, bu cür turnirdə oynayırsansa, “skamyekan” daha zəngin olmalıdı.

- Forma dəyişmisən. Nəyə görə məhz De Rossi?

- Dünya və Avropa çempionatlarında çox oynayıb, onu daha yaxşı tanıyırıq. Formanı dostum üçün alıram.

- Qaranın De Rossi səviyyəsinə çatması üçün nə lazımdı?

- Mənə bircə şans lazımdı. Əgər onu əldə eləsəm, bu suala cavab verəcəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail