Ayxan Abbasov: "Mən bilirəm neynirəm"

14.12.2017 | 3997 dəfə oxunub

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Neftçi"yə 2:0 hesabıyla məğlub olaraq mübarizəni dayandıran "Zirə"nin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Nə deyim? Doğurdan da, məğlub olanda danışmaq çətindir. İki cəbhədə mübarizə aparmaq asan deyildi. İki əsas futbolçumuzun olmaması da bizə problem yaratdı. Sadiqlə Şemonayevin olmaması işimizi çətinləşdirdi. 

Bu gün qış fasiləsinə qədər kubokda yarımfinala çıxa bilməmək, ancaq çempionatda üçüncü olmaq normal nəticədir. Yarımfinala çıxmasaq da, uşaqlara təşəkkür etdim. Bizi qarşıda hələ ağır iki dövrə gözləyir. Avrokuboklara vəsiqə qazanmaq üçün ağır oyunlarımız olacaq. İstirahətə ehtiyacımız var. Bundan sonra çatışmazlıqlarımızı aradan qaldırmaq üçün çalışacağıq. 

- Komandada sizi razı salmayan nə oldu?

- Ayrı-ayrılıqda bəzi futbolçularımız belə təzyiq altında oynaya bilmirlər. İlk oyunda qələbə qazansaq da, bilirdik ki, "Neftçi" var  gücüylə oynayacaq. İlk hissədə etdiyimiz səhvləri etməməliydik. Mateu, Jozef və Anarın sağalmasından sora işimiz daha yaxşı olacaq. İstəmədiyimiz futbolçuları itirdik. 3 əsas futbolçumuz da zədəlidir. Təcrübə qazanamq üçün çalışmalıyıq. Bu oyun da bizim üçün təcrübə oldu. 

- David Manqanın komandadan gedəcəyi deyilir. Amma onu meydana buraxdız, sora əvəzlədiz...

- Manqa çox yaxşı insandır. O, İsrail və Bolqarıstan çempionatında yüksək səviyyədə çıxış edib. Onun çox yaxşı potensialı var. Sadəcə burda özün yaxşı hiss etmir. Özü də çox istəyirdi ki, komandaya kömək etsin. Taktiki gedişimiz vardı, istədik ilk hissədə bunu edək. Ona görə də Manqanı meydana buraxmışdıq. İkinci hissədə hesabda geri olduğumuz üçün meydana hücuma meyilli olan Vüsalı salmışdıq.

- Futbolçularınız və siz hakimə qarşı oyun boyu etriaz edirdiz...

- Hər zaman bildirmişəm ki, səbirli olmaq lazımdı. Yan hakimlər göz görə-görə əks qərar verirlər. Mən də bldirdim ki, biraz diqqətli olaq. 

- Bildirdiz ki, heyətdə radikal dəyişikliklər olmayacaq. Ancaq bütün komandalar heyətlərin gücləndirəcəklərini bildirirlər...

- Çalışacağıq ki, bir legioner gətirək. Əgər tapa bilsək, birin alacağıq. Çünki qışda futbolçu tapmaq çətindir. Zədəli futbolçularımız sağalandan sora heyətimiz daha güclü olacaq.

- İlk qola kimi müdafiəyə daha çox diqqət yetirirdiz. Hücum haqda düşünmürdüz sanki...

- İndi dəb alıb, hamı deyir ki, hücum futbolu oynayırıq. Mən bilirəm neynirəm. Sadəcə ilk dəqiqələrdən komandada həyacan vardı. İlk hissədə "Neftçi" bizə hücum etməyə imkan vermədi. 8-9 futbolçuyla üstümüzə gəlirdilər. Mən isdməsəm də, avtomatik olaraq komanda geri çəkilir. Məncə düz yoldayıq, komandamız daha da yaxşı çıxış edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail