Tərlan Əhmədov: "Elə oyunçular var ki, potensialından çox aşağı çıxış edir" - MÜSAHİBƏ

14.12.2017 | 3507 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda öz meydanında “Zirə”yə 2:0 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazandıqları oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk növbədə bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Bu qələbədə onların payı çoxdu. İlk hissədə daha maraqlı oynadıq. Ancaq ikinci hissədə rəqib bizi geriyə oturmağa məcbur etdi. Kubok oyunu həmişə belə aqressiv keçir. 2017-ci ili qələbə ilə başa vurduq. Buna görə, klub rəhbərliyini, futbolçuları və azarkeşləri təbrik edirəm.

- Matçın gedişində Erreraya narazılığınız oldu. Onu buna görə əvəzlədiz?

- Onun artıq gücü tükənmişdi. Oyunun aqressivliyinin nəticəsi olaraq, Errera da son dəqiqələrdə yorulmuşdu.

- Qış hazırlığı planı hazırdı?

- Bəli, hazırdı. Ayın 5-dən hazırlığa başlayacağıq. Toplanış barədə mətbuat xidməti ətraflı məlumat verəcək. Mənim işim komandanı hazırlamaqdı.

- Namik Ələskərovun oyunu barədə nə deyə bilərsiz?

- Elə oyunçular var ki, potensialından çox aşağı çıxış edir. Onlardan biri də Namiqdi. Mən hələ də, onun potensialını aça bilmirəm. Bura “Neftçi”di. Bu komandaya 7-8-ci yeri tutmağa gəlməmişəm. Komanda güclənməlidi, rəqabət olmalıdı. İstərdim ki, 3 eyni səviyyəli qapıçımız olsun. Son oyunlarda Allaha yalvarıram ki, Rəşad Əzizliyə heç nə olmasın. Çünki ehtiyat qapıçımız yoxdu.

- Nizami Hacıyev maraqlandığınız futbolçulardan idi. Deyilənə görə, bağışlanmaq ehtimalı var. Əgər bağışlansa, onun komandaya transferi nə dərəcədə mümkündü?

- Əgər appelyasiya verib, təmiz çıxarsa... Bu, təkcə mənim işim deyil. Komandanın rəhbərliyi var. Müzakirə olunmalıdı. “Neftçi” tarixi olan komandadı. Nizamini artıq gündəmdən çıxarmışıq. Belə məsələlərdə diqqətli olmalıyıq. Klubun imicindən söhbət gedir.

- Elnur Süleymanovun əsgərlikdə olduğu deyilir...

- Elnur AZAL-da mənim rəhbərliyim altında çıxış edib. Potensialına bələdəm. Onun harda olmasını menecerindən soruşun.

- Mirabdulla Abbasovun oyunu barədə nə deyə bilərsiz?

- Onun potensialı çoxdu. Son illərdə Azərbaycanda onun kimi hücumçu yetişməyib. Lakin onun ən pis xüsusiyyəti tənbəlliyidi. Bu oyunun da sonlarında damarı damarının üstünə çıxmışdı. Bizim futbolçular elədi ki, yumruq başlarının üstündə olmasa, yaxşı oynamırlar.

- Bugünkü oyunu millinin baş məşqçisi Qurban Qurbanov da izlədi. Onunla görüşmüsüz?

- Hələ ki, görüşmək qismət olmayıb. Çünki vaxt məhdudiyyəti var. Lakin irəlidə görüşərək, fikir mübadiləsi apara bilərik.

- Namik Ələskərov qışda komandadan ayrılacaq?

- Xeyr, onun ayrılması gündəmdə deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail