Ayaz Quliyev: "Azərbaycan millisində oynamaq üçün AFFA mənə təklif göndərməyib" - MÜSAHİBƏ

25.12.2017 | 7144 dəfə oxunub

Rusiyanın gənclərdən ibarət yığması və Moskva “Spartak”ının azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyevin müsahibəsini təqdim edirik:

- Bir azərbaycanlı futbolçu kimi özünü Rusiya Premyer Liqasında necə hiss edirsən?

- Rusiyada böyüdüyüm üçün hər şey normaldır. “Spartak”ın yetirməsiyəm. Hazırda da doğma klubumda oynayıram. Özümü burada yaxşı hiss edirəm. Mənim üçün Rusiya Premyer Liqasında çıxış etmək çətin deyil.

- “Anji”nin əsas heyətində oynasan da, yenidən “Spartak”a qayıtdın. Səncə, Moskva klubunda möhkəmlənə biləcəksən?

- Hələ ki, hamı istirahətdədir. Ona görə də nəsə deyə bilmirəm. Bəlkə “Spartak”da qaldım. Bəlkə də başqa bir kluba keçərəm. Məni yenidən icarəyə də verə bilərlər. Hər şey ola bilər.

- AFFA-nın baş katibi Elxan Məmmədov deyib ki, tez-tez Ayazla əlaqə saxlayırıq. Axırıncı dəfə nə vaxt danışmısınız?

- Açığı, axırıncı dəfə Elxan Məmmədovla nə vaxt danışdığımız yadımda deyil. Çünki tarixi dəqiq xatırlamıram.

- Sənə Azərbaycan millisində oynamaq təklif olunub?

- AFFA mənə hələlik belə bir təklif göndərməyib. Sadəcə, zəng vururlar, bir həmyerli kimi söhbət edirik. Bu qədər.

- Azərbaycan millisində oynamaq variantın var. Hazırda da bu məsələ müzakirə olunur. Maraqlıdır, təklif gəlsə, Aleksandr Səmədovun yolu ilə gedəcəksən, yoxsa Ramil Şeydayevin?

- Niyə Səmədov və ya Şeydayevin yolu ilə getməliyəm?! Üçüncü variant da var. Mən özümün, Ayaz Quliyevin yolu ilə gedəcəm. Tək mən yox, bütün futbolçular belədir. Hər bir futbolçunun - həm Şeydayevin, həm Səmədovun, həm də Quliyevin öz yolu var.

- Bəs Qurban Qurbanov özü səninlə əlaqə saxlayıb?

- Yox, Qurban Qurbanovla telefonda danışmamışıq.

- Millimizin baş məşqçisi deyib ki, Ayaz Quliyevi də xaricdə çıxış edən digər azərbaycanlılar kimi diqqətdə saxlayıram. Qurbanovun bu sözləri sənə nə dərəcədə stimul verdi?

- Əlbəttə ki, milli komandanın baş məşqçisinin haqqımda bu cür sözlər işlətməsi mənə xoş təsir bağışlayır. Fikrimcə, hamı mənim kimi düşünür.

- Ümumiyyətlə, özünü Azərbaycan yığmasında oynamağa hazır hesab edirsən?

- Bu suala necə cavab verəcəyimi bilmirəm. Çünki nəsə desəm, başlayacaqlar ki, Ayaz Quliyev Azərbaycan millisində oynamağa razılıq verdi. Ona görə də hələlik bu barədə danışmayaq. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail