Rail Məlikov: "Yoxlama oyunlarında nəticə elə də rol oynamır"

01.02.2018 | 4628 dəfə oxunub

“Sumqayıt”ın müdafiəçisi Rail Məlikov Antalya toplanışı çərçivəsində Rusiyanın “Anji” klubu ilə yoxlama oyunundan (0:1) sonra müsahibə verib: 

- Təlim-məşq toplanışımız plan üzrə davam edir. Hazırlığın birinci mərhələsi Sumqayıtda oldu və daha çox fiziki məşqlərə üstünlük verildi. İkinci mərhələ isə Antalyada davam edir. Hər şey əladır.

- “Anji”yə qarşı oyunda yaxşı təsir bağışlasa da, komanda məğlubiyyətdən qaça bilmədi...

- Yoxlama oyunlarında nəticə elə də rol oynamır. Məğlub olmağımıza baxmayaraq, komanda yaxşı oyun nümayiş etdirdi. Verilən tapşırıqları yerinə yetirməyə çalışdıq.

- “Sumqayıt”ı mövsümün ikinci hissəsinə tam hazır saymaq olar?

- Hardasa 80 faiz hazırıq. Qarşıda daha bir yoxlama oyunumuz var. Təlim-məşq toplanışını bitirənə qədər 100 faiz hazır olacağıq.

- Millimizin Moldova ilə matçını izləyənlər arasında sən də var idin. Yığma Qurban Qurbanovun başçılığı altında keçirilən ilk oyunda necə təsir bağışladı?

- İlk oyun olduğuna görə uşaqlar çox riskə getmirdilər. Moldova da yaxşı müdafiə olunurdu. Görüş heç-heçə başa çatsa da, məncə, pis alınmadı. Vaxt az olduğu üçün Qurban müəllim istədiyi futbolu oynada bilmədi. Yavaş-yavaş hər şeyi yoluna qoyacaq.

- Oyunda Qurban Qurbanovun dəsti-xətti görünürdümü?

- Əlbəttə, göründü. Qurban müəllim oyun ərzində bəzi taktiki-texniki gedişlər etdi. Amma hiss olunurdu ki, komanda hələ buna tam hazır deyil. Bu da normaldır. Çünki Qurban Qurbanovun başçılığı altında ilk oyun idi. Zaman keçdikcə hər şey daha yaxşı olacaq.

- Keçmiş komandan “Neftçi” Antalya toplanışını 5 məğlubiyyətlə başa vurdu. Vaxtı ilə şərəfini qoruduğun, hətta kapitanı olduğun klubun hazırkı vəziyyəti barədə nə deyə bilərsən?

- Mən də razıyam, bütün yoxlama oyunlarında uduzaq, amma çempionatda yaxşı çıxış edək. Burdakı nəticələrə aldanmaq lazım deyil. Yeni legionerlər gətiriblər. Düşünürəm ki, “Neftçi” tam güclənib.

- Çempionatdakı əsas rəqibləriniz, xüsusilə də kubokun yarımfinalında üz-üzə gələcəyiniz “Keşlə” kifayət qədər güclənib. Bu amil sizi narahat etmir?

- "Sumqayıt” Azərbaycan Premyer Liqasında ancaq yerli futbolçulardan təşkil olunmuş yeganə komandadır ki, bu da məni sevindirir. Bu komanda yerli futbolçu bazasıdır. Əgər kubokda yarımfinala çıxmışıqsa, deməli, rəqabətə hazırıq. Digər klubların güclənməsi bizi qorxutmur. Çünki biz də güclənmişik. İnanıram ki, kubokun finalına çıxa biləcəyik.

- Qurban Qurbanov millinin sükanı arxasına keçdikdən sonra tez-tez “Sumqayıt”ın oyunlarına gəlir. Elə “Anji” ilə matçınızı da stadiondan izlədi. Bu, komandaya necə təsir edir?

- Tək Qurban müəllim yox, digər mütəxəssislər də oyunlarımızı izləyir. Öz dəsti-xəttini göstərən komanda olduğumuz üçün bir çox azarkeş qazanmışıq. Yəqin nəsə var ki, baxırlar. Uşaqlarda potensial görürlər ki, gəlib oyunlarımızı izləyirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail