"Daha əvvəl də bilirdik ki, oyunları izləyirlər" - MÜSAHİBƏ

03.02.2018 | 4657 dəfə oxunub

 “Sumqayıt” komandasının futbolçusu Bəxtiyar Həsənalızadə "Report"a müsahibə verib:

- Yanvarın 21-dən etibarən Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışındasınız. Hazırlıq prosesi necə gedir?

- Bu müddətdə 3 yoxlama oyunu keçirmişik. Rəqiblərimiz də yaxşı komandalar idi. Xüsusən də sonuncu matçda 0:1 hesabı ilə uduzduğumuz Rusiyanın “Anji” kollektivini qeyd edərdim. Hər iki komanda üçün faydalı görüş oldu. Məşqlərə gəlincə, bunun üçün hər cür şərait var. Əsasan taktiki çalışmalara üstünlük verilir. Tez-tez yoxlama matçları keçirildiyi üçün yükləmələr olmur.

- Neçə ildir “Sumqayıt”dasınız?

- Klub yaranandan, 2010-cu ildən buradayam. Komanda I Divizionda çıxış edəndə bəri “Sumqayıt”ın formasını geyinirəm. 2013-cü ildən əsas heyətin üzvüyəm.

- Geridə qalan 8 il ərzində “Sumqayıt”da nələr dəyişib?

- Çox şey dəyişib. O vaxt oyunçularımızın əksəriyyəti gənclər idi. Həmin dönəmdə məqsəd milli komandalara futbolçu vermək idi. İndi də istər əsas, istərsə də aşağı yaş qrupları üzrə yığmalarımıza oyunçularımız gedirlər. Artıq “Sumqayıt”ın hədəfləri böyüyüb. İstəyimiz Avropa Liqasına vəsiqə qazanmaqdır. Avrokuboka oynamaq şəraitini özümüz yaratmışıq. Komanda bunu öz oyunu ilə sübut edib.

- Ötən il Avropa Liqasına vəsiqəni son anda əldən verdiniz...

- Bəli, son 3 oyunda vəziyyət dəyişdi. Lakin cari mövsümdə həm Premyer Liqada, həm də Azərbaycan Kubokunda inamlı çıxış edirik. Bununla belə, işimiz daha çətindir. Artıq kubokun finalçısı avrokuboka düşmür. Bu isə o deməkdir ki, ya kuboku qazanmalıyıq, ya da ən azı 4-cü yeri tutmalıyıq. Hər iki cəbhədə əlimizdən gələni edəcəyik. Bu işi riskə ata bilmərik. Yəni, yalnız kuboku düşünüb, çempionatı unutmaq olmaz.

- Cari mövsümdə heç vaxt olmadığı qədər komandada sumqayıtlı futbolçuların sayı çoxdur. Bu amil komandanın çıxışına nə dərəcədə müsbət təsir edir?

- Açığı, bu barədə heç vaxt düşünməmişdim. Heyətdə öz yetirmələrimiz də çoxdur. Sumqayıtlı olmaq bir üstünlükdür. Çünki hansısa oyunu uduzanda şəhərə çıxmaq çətin olur. Üz-üzdən utanır. Şəhərdə hamı bizi tanıdığı üçün məsuliyyət bizim üzərimizdədir.

- Milli komandanın baş məşqçisi Qurban Qurbanov Moldova yığması ilə yoldaşlıq oyunundan öncə bildirdi ki, nəzərində olan 7-8 futbolçu var və onlardan biri də sizsiniz...

- Bunu eşitmək xoşdur. Qurban müəllimin sözləri mənə stimul verir. Daha əvvəl də bilirdik ki, oyunları izləyirlər. Bizə düşən özümüzü yaxşı tərəfdən göstərib həmin dəvətə layiq olmaqdır. İndi məsuliyyətimizi ikiqat artıb. “Anji” ilə yoxlama matçına da gəlmişdi. Yəni, daim nəzarət edir.

- Şəxsi hədəfləriniz nədir?

- Hazırda iki əsas istəyim var: Milli komandaya düşmək və “Sumqayıt”la Avropa Liqasına vəsiqə qazanmaq. Məqsədlərim var. Mən də legioner həyatı yaşamaq, daha böyük klublarda çıxış etmək istəyirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail