"Rəşad Sadıqovun etdiklərini təkrarlamağa çalışacam" - MÜSAHİBƏ

05.02.2018 | 4632 dəfə oxunub

"Sumqayıt”ın futbolçusu Bəxtiyar Həsənalızadənin müsahibəsini təqdim edirik:

- Antalyada 2 həftəlik təlim-məşq toplanışınız oldu. Hazırlıq prosesini necə dəyərləndirirsən?

- Təlim-məşq toplanışımız yaxşı keçdi. Bizim üçün hər bir şərait yaradılmışdı. Məşqlərimiz bir az ağır oldu. Bu da fiziki yüklənmələrlə bağlı idi. Hazırda hər şey qaydasındadır.

- Klublarla yanaşı, Antalyada milli komandanın da toplanışı oldu. Bir çoxları Bəxtiyar Həsənalızadənin yığmanın düşərgəsində olacağını gözləyirdi. Ancaq Qurban Qurbanov ilk toplanışa səni dəvət etmədi. Bunu necə qarşıladın?

- Açığı, elə də təəccüblənmədim. Düzdür, hər bir futbolçu kimi mən də milliyə çağırılmaq istəyirdim. Amma dəvət almamışamsa, böyük problem deyil. Çüni Qurban müəllim özü də deyib ki, gələn toplanışda hər şey dəyişə bilər. Çempionat oyunları mənim üçün fürsətdir. Özümü yaxşı tərəfdən göstərməyə çalaşacam ki, milliyə dəvət alım.

- “Anji” ilə yoxlama oyununuzu Qurban Qurbanov da izlədi. Bu, sizə nə dərəcədə motivasiya verdi?

- Kənardan da görünürdü ki, uşaqlar hamısı xüsusi motivasiya ilə oynadılar. Bəlkə də əvvəlki matçlarda heç belə oynanamışdıq. Hər bir futbolçu milli komandada oynamaq istəyir. Qurban Qurbanov yığmanın baş məşqçisidir. Hamı özünü göstərməyə çalışırdı.

- Bir ara haqqında belə fikir formalaşmışdı ki, Azərbaycanın yeni Rəşad Sadıqovu olacaqsan. Ümumiyyətlə, sən özündə həmin potensialı görürsən?

- Bu, adi müqayisədir. Rəşad Sadıqovun milli komanda, “Qarabağ” üçün etdikləri göz qabağındadır. Azərbaycan futbolu üçün çox iş görüb. Futbol barəsində Rəşad Sadıqovun səviyyəsinə çatmağıma çox var.

Üzərimdə maksimum dərəcədə işləməliyəm. Bu cür müqayisə mənim üçün olduqca xoşdur. Amma özümü kiməsə bənzətmirəm. Onunla müqayisə olunmaq mənə əlavə motivasiya verir. Çalışıram ki, etimadları doğruldub, özümü sübut edim. Mən Rəşad Sadıqovun etdiyinin hələ 30 faizini etməmişəm. Amma əlimdən gələni edəcəm. Mənim əsas karyeram hələ qabaqdadır. Milli komandaya düşmək əsas hədəfimdir. Rəşad Sadıqovun etdiklərini təkrarlamağa çalışacam. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail