Yunis Hüseynov: "Bunun günahı bizdə deyil" - MÜSAHİBƏ

12.02.2018 | 2035 dəfə oxunub

“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının XV turunda səfərdə “Neftçi”yə 1:0 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün yeni “Kəpəz” gördük. Komandada bir çox dəyişiklik olub. Buna baxmayaraq, futbolçuların oyunundan razı qaldım.

Düzdü, rəqib mərkəzi ələ keçirmişdi. Lakin buna özümüz şərait yaratmışdıq. “Neftçi” qapımızda yüzfaizli qol vəziyyəti yarada bilmirdi. 20-ci dəqiqədə qol buraxsaydıq, təəssüflənməzdim. Lakin son dəqiqədə buraxılan qol təsir edir. Məncə, bu gün oyunun ədalətli nəticəsi heç-heçə idi. Fikrimcə, daha bir-iki turdan sonra komanda tam komplektləşəcək”.

- Dario Frederiko bu gün oyunun iştirak nəticəsinə salınmamışdı...

- Bunun günahı bizdə deyil. O, sonuncu dəfə Koreya klubunda çıxış edib. Qeydiyyatı ilə bağlı icazəni gec verdilər. Bu gün meydanda olsaydı, oyun fərqli ola bilərdi.

- Sanki Dieqo Souzanın artıq çəkisi var...

- Onun artıq çəkisi yoxdu. Biz hər gün futbolçuların çəkisini ölçürük. Hansı futbolçunun artıq çəkisi varsa, ona cəza veririk. Dieqonun bədən quruluşu belədi. “Xəzər Lənkəran”da oynayanda da bu cür çəkisi var idi.

- Bu gün komandanı meydana qələbə üçün çıxarmışdız?

- Əlbəttə, sadəcə, komanda hələ yenidi. Buna görə, tam istədiyim oyunu sərgiləyə bilmir. Belə deyim, komanda 70 faiz hazırdı.

- Vinçesteri erkən əvəzləməyinizə səbəb nə idi?

- Vinçester komandaya yeni qoşulub. Onu meydana buraxmaqla, təcrübəsindən yararlanmaq istədim. Ancaq hələ komandaya tam uyğunlaşmayıb.

- Artıq yeni komanda formalaşdırmısız...

- Yeni komandanın oyunu mənim xoşuma gəldi. Fikrimcə, vaxt keçdikcə daha yaxşı olacaq.

- Antalyada komandanın oyununu Darionun üzərində qurmuşduz. Bu, çempionatda da belə olacaq?

- Antalyada keçirdiyimiz oyunların heç də hamısında oyunu Darionun üzərində qurmamışdıq. Fikrimcə, bu gün meydana çıxsaydı, nəticə başqa cür olardı.

- Komandadan razı qaldığınızı dediz, bəs narazı qaldığınız məqamlar nələrdi?

- Bircə narazı qaldığım məqam, qol buraxmağımız oldu. Həmin epizodda da uşaqlar dedilər ki, ofsayd olduğunu zənn ediblər. Ancaq belə epizodlarda əli havaya qaldırmaq yox, oynamaq lazımdı.

- Reqlamentə görə, çempionatda 8-ci yeri tutan komanda aşağı liqaya düşməlidi. Ancaq ola bilsin, növbəti mövsümdən Premyer Liqada komanda sayı çoxaldılsın və 8-ci yeri tutan komanda yüksək liqada qalsın...

- Bu barədə siz daha yaxşı bilərsiz (gülür). Mənim heç bir məlumatım yoxdu. Sadəcə, çalışacam ki, komanda ən azı çempionatı axırdan ikinci pillədə başa vursun və yüksək liqada yerini qoruyub saxlasın.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

10.12.2018

09.12.2018

23:57  "Hueska" - "Real" - 0:1 VİDEO

22:40  "Keşlə"nin qələbəsi - Geniş icmal VİDEO

22:36  "Neftçi" belə xal itirdi - Geniş icmal VİDEO

22:17  "Səbail" - "Qəbələ" - Geniş icmal VİDEO

16:48  "Zirə" - "Qarabağ" -HEYƏTLƏR

15:24  "Sabah" - "Keşlə" - HEYƏTLƏR

08.12.2018

07.12.2018

20:18  "Arsenal"da ciddi itki - Mövsümü başa vurdu

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi