Tərlan Əhmədov: "Mənim şəxsi həyatıma qarışmağa heç kimin haqqı yoxdu" - MÜSAHİBƏ

12.02.2018 | 3576 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XV turunda doğma meydanda “Kəpəz”ə 1:0 hesabıyla  qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin  suallarını cavablandırıb:

- Məqsədimiz qələbə qazanmaq idi, buna da nail olduq. Bir neçə qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Ancaq futbolçuları göstərdikləri oyuna görə təbrik edirəm.

- Artıq neçənci dəfədi ki, Mirabdulla Abbasov oyuna sonradan çıxsa da, komandaya qələbə qazandırır. Onun start heyətində meydana çıxmamasına səbəb nədi?

- Bunu əvvəl də demişdim, Mirabdulla 20-25 dəqiqə mübarizə apara bilir. “Zirə” ilə oyunda da qol vurduqdan sonra meydanda görünmədi. Onun potensialı çox böyükdü. Ancaq 90 dəqiqə oynamağa hazır deyil. Sonradan meydana çıxanda isə komandaya xeyri dəyir. Bu gün də onu sonradan meydana buraxdım və komandaya qələbə qazandırdı. Ümumiyyətlə, bizim hücum xəttində ciddi problemlərimiz var.

- Aqil Məmmədov qışda komandaya cəlb edilsə də, qısa müddət sonra komandadan ayrıldı...

- Bu sualın cavabında onu deyə bilərəm ki, mən komandada heç kimə əsas heyətdə yer söz vermirəm.

- Qış fasiləsində bir çox tənqidlərə məruz qaldız. Demək olar ki, bugünkü qələbə ilə bu tənqidlərə cavab verdiz?

- Mənim şəxsi həyatıma qarışmağa heç kimin haqqı yoxdu. Mənim işimə qiymət versinlər. Bu gün uduzsaq, məni tənqid etsələr, razıyam. “SKA-Xabarovsk”a 1:8 uduzanda, tənqid olundum. Buna heç nə demirəm. Həmin oyundakı səhvlərimdən nəticə çıxardım. Bugünkü oyundan çox razı qaldım. Bir də deyirəm, heç kimin mənim şəxsi həyatıma qarışmağa haqqı yoxdu.

- Növbəti turda “Sumqayıt”la qarşılaşırsız...

- Artıq bu oyunu yaddan çıxarıb, “Sumqayıt”la matça köklənməliyik. Tək bu görüş heç nəyi həll etməyəcək. Qarşıda 13 oyunumuz var. Hər biri önəmlidi. Mən bu komandanı qəbul edəndə, cəmi bir xalımız var idi. Ancaq indi bir xeyli irəliləmişik. Sumqayıtda süni örtükdə oynayacağıq. Bu, çətinlik yarada bilər.

- Bir neçə gün öncə “Forza Neftçi” fan-klubunun 9 yaşı tamam oldu. Bu qələbəni onlara həsr etdiyinizi demək olar?

- Əlbəttə, bu, onların qələbəsidi. Əvvəlcədən də demişdim ki, çalışacağıq, bu gün onları qələbə ilə sevindirək.

- Hakimin idarəçiliyindən razı qaldız?

- Səhvsiz insan yoxdu. Sadəcə, mən istəyirəm ki, hakim meydanda çox fit çalmasın. Belə olanda, oyunun tempi aşağı düşür. Buna görə, bəzən olur ki, hakimlərə sərt etiraz edim. Ancaq hakimləri də başa düşmək olar. Hamı öz işini görür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail