Bəxtiyar Həsənəlizadə: "Əsas motivasiyamız o idi" - MÜSAHİBƏ

25.02.2018 | 5336 dəfə oxunub

“Sumqayıt”ın müdafiəçisi Bəxtiyar Həsənalızadə “Keşlə” ilə səfər oyunundan jurnalistlərin suallarını cavablandırıb: 

- “Neftçi” ilə oyunda bir az çox güc itirmişdik. İlk hissədə bu, xüsusilə də hiss olunurdu. İkinci yarıda isə bir az toparlandıq. Tam istədiyimiz kimi olmasa da, yekunda qələbə qazana bildik.

- Oyunun istədiyiniz kimi olmamasının səbəbi təkcə yorğunluq idi?

- Hərəkətlilik az idi. Başqa səbəbləri məşqçi analiz edəcək və bizə də məlumat verəcək. İnşallah, səhvlərimizi düzəldəcəyik.

- Əsas izləyiciniz “Neftçi” dünən xal itirdi. Bu, oyununuza nə dərəcədə təsir etdi?

- Bizim üçün yaxşı fürsət idi. Aradakı fərqi artırmaq istəyirdik. Əsas motivasiyamız o idi. Oyundan da hiss olunurdu ki, heç-heçə ilə razılaşmırıq, hədəfimiz 3 xal idi.

- Bəlkə elə hədsiz istəkli olmağınız sizin oyununuza mane oldu?

- Öz adımdan danışım ki, məndə elə də həyəcan yox idi. Sadəcə qapanan komandaya qarşı bir az çətinlik çəkirik.

- Son vaxtlar milli komandanın heyəti açıqlananda sənin də adın gündəmə gəlir, amma yığmaya çağrılmırsan. Bu barədə nə düşünürsən?

- Demək olar ki, bu barədə düşünmürəm. Özümü oyunlara kökləmək istəyirəm. Əgər məni milliyə çağırmırlarsa, gələcəkdə çağıra bilərlər. Bunun üçün səylə çalışıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail