Qurban Qurbanov: "Narahatlığın səbəbi nədi, bilmirəm" - MÜSAHİBƏ

25.02.2018 | 3910 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVII turunda doğma meydanda “Kəpəz”ə 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Komadamı təbrik edirəm. Çətin oyun olacağını bilirdik. “Kəpəz” bu gün müdafiədən oynadı. Rəqibə uğurlar arzulayıram, Yunis Hüseynov yaxşı komanda formalaşdırıb. Bu oyunda xal itirə də bilərdik. Ancaq şükür ki, hər şey yaxşı nəticələndi. Oyundan öncə də uşaqlara demişdim ki, müdafiə olunan komandalarla oyun çətin olur. Komandam tapşırıqlarımı tam yerinə yetirdi.

- Komanda qış fasiləsindən sonra 3 oyuna 2 qol vurub...

- Artıq bütün komandalar müdafiə oluna bilir. İkinci hissədə demək olar 20 oyunçu rəqibin cərimə meydançasının yanında idi. Az qol vurulması normaldı. Bütün komandalar bizə qarşı bugünkündən də ciddi hazırlaşacaq. Biz öz işimizi daha da inkişaf etdirməliyik. Futbolçuların bütün fikri oyunda olmalıdı. Xal itirməyə də hazır olmalıyıq. Belə nəticələr futbolçuları daha da diqqətli edir.

- Bir gün öncə əsas rəqibiniz “Qəbələ” məğlub oldu. Bu, komandanın bugünkü oyununa nə dərəcədə təsir etdi?

- Rəqibin nəticəsi bizim oyunumuza təsir etmir. Biz öz oyunumuza köklənməliyik.

- Komandanın az qol vurmasında Ndlovunun yoxluğunun nə dərəcədə rolu var?

- Ndlovu ilə bağlı çox sual verilir. Narahatlığın səbəbi nədi, bilmirəm. Bu gün “Qarabağ”da mənim güvəndiyim futbolçular qalıb. Kim qalmaq istəyibsə, komandadadı. Ən yaxşı vaxtımızda belə ən zəif rəqibə uduzduğumuz olub. Komandadakı oyunçulardan narazı deyiləm. Bu gün qolu Mahir Mədətov vurdu. Keçən oyunda da o fərqlənmişdi. Burdan kim gedibsə, narazı yola salmamışıq. Hamısına uğurlar arzulamışam. Sonrakı oyunlarını izləyir, uğurlarına sevinirəm. Nə qədər yaxşı oynasalar, bizim adımız hallanacaq. Narahat deyiləm. Bizim oyun üslubumuz belədi. Gəlin, bu komandada qalan futbolçuların əziyyətini yerə vurmayaq. Sabah ən gözləmədiyiniz futbolçu belə komandanı tərk edə bilər. Ancaq bu, heç nəyi dəyişməyəcək.

- Qolu Mahirin vurduğunu dediz. Ancaq PFL-də Almeydanın adı qeyd edilib. Mahir bombardirlik uğrunda mübarizəni davam etdirir. Bu qolu kimin vurmasının sizin üçün əhəmiyyəti var?

- Mənim üçün heç bir fərqi yoxdu. Məncə, ikisi eyni anda qapıya daxil oldu (gülür).

- Mahir Mədətov əvəzlənəndə onu alqışladız. Azarkeşlər də onun adını çağırırdılar. Özü isə bir qədər kefsiz görünürüdü…

- Mən onda belə bir şey hiss etməmişəm. Bəlkə, daha yaxşı çıxış etmək istəyir. Son vaxtlar məşqlərdə daha çox çalışır. Hələ tam ideal formada deyil. Bu yaşda futbolçunun fikri tez-tez dəyişə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail