Almeyda: "Özüm də konkret bilmirəm, Mahir vurdu, ya mən" - MÜSAHİBƏ

26.02.2018 | 4117 dəfə oxunub

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda “Kəpəz”lə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Çox çətin qələbə qazandınız...

- Rəqib bütün komanda ilə müdafiə olunduğu üçün çətin oyun alındı. Əsasən əks hücumlara bel bağlamışdılar. Biz də səbrlə oynayıb, öz şansımızı gözləyirdik. Əsas məsələ 3 xal idi ki, onu da qazandıq.

- Qolu kim vurdu, siz, ya Mahir? Əgər siz vurmusunuzsa, Mahirə bağışlaya bilərsiz? Çünki o, bombardirlik üçün yarışır...

- Özüm də konkret bilmirəm, Mahir vurdu, ya mən. Elə də böyük fərq eləmir mənim üçün. O vurubsa, təbrik edirəm. Əsas məsələ qələbə qazanmaq idi.

- Deyirsiz ki, əsas məsələ 3 xaldı. Bəs niyə fasilədən sonra qələbəni çətinliklə qazanırsız?

- Çünki bütün komandalar taktiki cəhətdən artırıblar. “Qarabağ”a qarşı isə hamı ikiqat əzmlə oynayır. Ona görə də bizim üçün qol vəziyyəti yaratmaq çox çətindi. Amma onların səhv edəcəyini gözləyirik.

- Komanda ikinci dövrədə 3 oyuna cəmi 2 qol vurub. Buna əsas səbəb kimi Dino Ndlovunun gedişini göstərmək olar?

- Yenə eyni sual... Dino olanda da biz bəzi qol vəziyyətlərini əldən verirdik. İndi heyətimizdə Mahir, Ramil kimi hücumçular var, onlara güvənməliyik.

- Artıq “Qəbələ” ilə xal fərqi 9-a çatıb. Çempionluq yolunun hamar olduğunu düşünmək olarmı?

- Təbii ki, hələ ki, arxayınlaşmaq olmaz. Bizi qarşıda çox çətin oyunlar gözləyir. Təbii ki, hədəfimiz çempionluqdu, amma addım-addım yaxınlaşmaq lazımdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail