Mahir Mədətov: "Qol vurub, hədiyyə almaq lap xoş oldu" - MÜSAHİBƏ

26.02.2018 | 4016 dəfə oxunub

“Qarabağ” komandasının futbolçusu Mahir Mədətovun müsahibəsini təqdime dirik: 

- Azərbaycan Premyer Liqasının XVII turunda “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdiniz. Vurduğunuz qol əvvəlcə komanda yoldaşınız Riçard Almeydanın adına yazılmışdı. Lakin qarşılaşmanın baş hakimi Orxan Məmmədovun raportu əsasında həmin qol sizin hesabınıza əlavə edildi. Həmin epizodu necə təsvir edərdiniz?

- Matçın görüntülərində topa mənim toxunduğum aşkar görünür. Sadəcə, qolu çox gec vurduq deyə, həmin anda kimin fərqlənməsinin önəmi yox idi. Birlikdə sevindik. Oyundan sonra Almeydanın özü də görüntülərə baxdığını və qolu mənim vurduğumu söylədi. Vacib məsələ qalib gəlməyimizdir. Baş məşqçimiz Qurban Qurbanov da qolu kimin vurmasının önəmli olmadığını və dəyişiklik edilməsi üçün klub tərəfindən Peşəkar Futbol Liqasında müraciət olunmayacağını söyləyib. Yəqin ki, özləri epizodu izləyiblər və belə bir qərar qəbul ediblər. Həmin epizodda mənə və topa yox, Almeydaya diqqət edin. Ayağımı açanda, o, kənara çəkilir.

- Artıq hesabınızda 8 qol var. Bombardirlik yarışında lider olan “Qəbələ”nin hücumçusu Baqali Dabo isə 11 dəfə fərqlənib. Onu qabaqlamaq mümkün olacaq?

- Açığı, bu haqda düşünmürəm. Elə bir komandada oynayırıq ki, burada eqoistlik yoxdur. Əsas məsələ komanda oyunu və 3 xaldır. Daim komanda üçün oynasan, bombardir də ola bilərsən. Hələ mövsümün başa çatmasına çox var. Başqa bir futbolçu da bombardir ola bilər.

- Ötən mövsüm bombardir olmaq üçün Rauf Əliyevlə Filip Ozobiçə 11 qol kifayət etmişdi. Cari mövsümdə də məhsuldarlıq yüksək deyil. Hücumçuların əvvəlki illərlə müqayisədə az fərqlənmələrinin səbəbi nədir: Rəqabət yüksədir, yoxsa forvardların səviyyəsi aşağıdır?

- Mövsümün başa çatmasına hələ 9 tur qalıb. Qollarımızın sayını artıra bilərik. 2013/2014 mövsümündə Reynaldo 22 qol vurmuşdu. Bizim də belə bir imkanımız var. Son illər çempionatda rəqabət və səviyyə artıb. Artıq bütün komandalar müdafiə olunmağı bacarırlar. Bunu sonuncu turda “Kəpəz”lə matçda da gördük. Çətinliklə də olsa, 85-ci dəqiqədə vurduğumuz qolla qalib gəldik. Kim deyə bilərdi ki, “Səbail” “Qəbələ”yə qalib gələcək? Yəni, rəqiblər güclənib, qol vurmaq asan deyil.

- Komandanın nəticə qazanması ön planda olsa da, hər bir futbolçu bombardir tituluna sahib çıxmağı arzulayır. Bunun üçün fürsət düşdükcə, penaltiləri də vurmaq istərdiniz?

- Düzü, daha çox oyun epizodlarından qol vurmaq istərdim. Penalti barədə düşünmürəm.

- Əvvələr hücumun sol cinahında çıxış edirdiniz. İndi mərkəzdə çıxış etmək çətin deyil?

- Hər ikisində oynamağı bacarmalısan. Komandaya harada daha çox fayda verirəmsə, demək, həmin yer yaxşıdır. Sırf hücumçu çıxış edəndə topla az təmasda olursan. Mənfi hal yalnız budur. Çünki bizdə oyun orta xətdə təşkil olunur. Hücumçu qol epizodlarından yararlanmalıdır.

- Oyundan sonra azarkeşlər sizə papaqlı gödəkçə hədiyyə etdilər. Bu, nə ilə bağlıdır?

- Xüsusi bir mənası yoxdur. Oyunda əvvəl “İmarət Tayfa”nın üzvləri ilə danışmışdıq ki, matçdan sonra görüşək. Məndən əvvəl bu hədiyyəni Yakub Jezniçaka vermişdilər. Qol vurub, hədiyyə almaq lap xoş oldu. Bütün azarkeşlərimizə təşəkkür edirəm. Hamısının dəstəyini hər zaman hiss edirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail