Dmitri Nazarov: "Bu suala cavab verə bilmərəm" - MÜSAHİBƏ

23.03.2018 | 4008 dəfə oxunub

Milli komandamızın üzvü Dmitri Nazarov Belarusla keçiriləcək yoldaşlıq oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb.

- Qurban Qurbanovla tanışlığınız necə keçdi? Ümumiyyətlə, ilk dəfə onun milli komandaya baş məşqçi təyin olunduğunu biləndə nə fikirləşdiniz?

- Millinin düşərgəsinə dünən qoşulmuşam. Qurban Qurbanovla qısa söhbətimiz olub. Bu söhbət məndə xoş hisslər oyatdı. İlk fikrim belədir ki, Qurban Qurbanov çox gözəl insandır. Cəmi 1 məşq keçmişəm. Buna baxmayaraq, hər şeydən razıyam.

- Qurban Qurbanovla millidə rəhbərliyi altında çıxış etdiyiniz əvvəlki baş məşqçiləri necə müqayisə edərdiniz?

- Bu suala cavab verə bilmərəm. Çünki düşərgəyə dünən axşam qoşulmuşam. Növbəti aylarda bu barədə nəsə danışa bilərəm. İndi isə onu deyə bilərəm ki, komandada ab-hava çox yaxşıdır. Hiss olunur ki, nizam-intizam yüksək səviyyədədir.

- Milli komandamızda yaxşı çıxış etsəniz də, illərdir ikinci bundesliqada oynayırsınız. Əsas bundesliqaya yüksəlməyinizə nə mane olur? Öz çıxışınız o səviyyədə deyil, yoxsa meneceriniz istənilən tələblərə cavab vermir?

- Bu sualın çox cavabı ola bilər. Bilirsiniz ki, Bundesliqa Avropanın güclü çempionatlarından biridir. Ora düşmək çox çətindir. Bundesliqa klublarından dəvət almaq üçün dayanmadan çalışıram. Menecerimi deyə bilmərəm, amma bəxt amili də burada rol oynayır. Çətin olmasına baxmayaraq, əlimdən gələni edir. İnanıram ki, hər şey istədiyim kimi olacaq. Bunun üçün vaxtım da var.

- Millətlər Liqası ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı. Qrupdan çıxa bilərikmi və bunun üçün nə lazımdır?

- Rəqiblərin hər birini analiz etmişik. İlk növbədə yaxşı oyun göstərmək istəyirik. İkinci növbədə məqsədimiz qələbə qazanmaqdır. Amma heç-heçə edə, uduza da bilərik. Futbolda hər şey ola bilər. Qrupda əsas məqsədimiz 6 oyundan maksimum xallar toplamaqdır. Hər oyunda 100 yox, 200 faiz bacarığımızı göstərməliyik. Əlimizə düşən şansdan maksimum istifadə etməliyik.

- Azərbaycan klublarından təklif almısınızmı? Ümumiyyətlə, Premyer Liqada çıxış etməyə necə baxırsınız?

- Hazırda “Aue” klubu ilə müqaviləm var. İndiyə kimi bəzi söhbətlər olub. Amma Azərbaycandan konkret bir təklif olmayıb. Təklif gəlsə, oturub fikirləşərəm, ailəmlə də məsləhətləşərəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail