Yunis Hüseynov: "Bizim üçün sevindirici haldır" - MÜSAHİBƏ

29.03.2018 | 4921 dəfə oxunub

“Kəpəz”in əsas komandasının baş məşqçisi Yunis Hüseynov klub saytının suallarını cavablandırıb. Stadium.Az müsahibəni təqdim edir. 

- Hazırlıq prosesi necə gedir?

- Məşqlərimiz normal şəkildə davam edir. Futbolçular oyunlara səylə hazırlaşırlar. Əhval-ruhiyyə yaxşıdır.

- Qarşıda ardıcıl 3 ev oyunu var. Nə düşünürsüz?

- Bizim üçün hər bir oyun ağırdır. Bütün görüşlərə qələbə əzmi ilə çıxmalıyıq ki, sonuncu pillədən yaxa qurtara bilək. Bizə 3 xal sərf edir. Amma bunun öhdəsindən nə dərəcədə gələcəyik, onu zaman göstərəcək. Uşaqlara inanıram, komandamız qalib gəlməyə qadirdir. Oyunçuların göstərdiyi oyun yaxşıdır. Geridə qalan 6 oyundan 5-də məğlub olmuşuq. Uduzduğumuz matçlarda bəxtsizlik də rol oynayıb. Ən azı 4 qarşılaşmada minimum heç-heçə etməli idik. Əfsuslar olsun ki, son dəqiqələrdə buraxdığımız qollarla uduzmuşuq. Bu problemi aradan qaldırmalıyıq. Psixoloji cəhətdən oyuna hazır olmalıyıq. 

-  Hər bir məşqçinin arzusu komandasında yer alan futbolçuların zədəli olmamasıdır. Bu mənada uzun müddət zədəli olan Dieqo Souza, Samir Zərgərov və Şadon Vinçesterin sıraya dönməsi sizi sevindirməyə bilməz.

- Əlbəttə, məşqçinin istəyi yetirmələrinin tam sağlam olmasıdır. Amma bəzən zədədən sığortalanmaq mümkün deyil. Siz dediyiniz oyunçular komandanın əsas heyətinin üzvləridir. Şükürlər olsun ki, müalicə prosesi qısa çəkdi və onlar sıralarımıza qoşuldular. Bu, məni olduqca sevindirir.

- “Kəpəz”dən əsas milliyə çağırılan Şəhriyar Rəhimov haqda nə deyə bilərsiz?

- Bizim üçün sevindirici haldır. Komandamızdan kapitanın yığmaya cəlb olunması hamımızın uğurudur. Arzu edirəm ki, davamlı olsun, onu tez-tez ölkənin əsas komandasında görə bilək. “Kəpəz”dən daha çox futbolçunun milliyə dəvət almasını istərdim. Amma hər şey oyunçuların özündən asılıdır.Bunun üçün onlar öz üzərlərində çox çalışmalı, inkişaf etməlidirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail