Yuri Maksimov: "Bu mövzu barədə danışmaq istəmirəm"

02.04.2018 | 1132 dəfə oxunub

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Azərbaycan Premyer Liqasının XXI turunun “Qarabağ”la səfər matçı (1:1) barədə fikirlərini açıqlayıb:

- Turnir cədvəlinin lideri ilə aşağı pillələrdə qərarlaşan komanda üz-üzə gəldilər. Oyun maraqlı alındı. Təxminən 60 dəqiqə yaxşı oynadıq. Biz əvəzetmə edəndə, gənclər meydana çıxırdı. Hansı ki, bu yaxınlara kimi əvəzedicilərdə oynayırdı. “Qarabağ”da isə təcrübəli oyunçular meydana çıxırdı. Buna görə, heç-heçəni yaxşı nəticə hesab edirəm.

- Əvəzedici heyətin üzvlərinə güvəndiyinizi dediz. Bunun günahı kimdədi? Komanda niyə yetərincə transfer həyata keçirməyib?

- Bu mövzu barədə danışmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, əlimizdə olan “material”dan tam isrtifadə edirik.

- Demək olar ki, klubun qış transfer siyasəti iflasa uğradı?

- Məni düzgün başa düşün. Güclü futbolçu 4 aylıq müqaviləyə və bizim təklif etdiyimiz məbləğə gəlməz.

- Fasilədən sonra komanda necə təsir bağışlayır? İrəliləyiş varmı?

- Mən bayaq da qeyd elədim. Komanda bu gün 60 dəqiqə tab gətirdi. Sonra isə o qədər də yaxşı təsir bağışlamadı.

- Rəhbərliyin qarşısına futbolçularla uzunmüddətli müqaviləni şərt qoya bilməzdiz?

- Büdcə çərçivəsində hərəkət etmişik. Ancaq sonra həmin futbolçuların tələb etdiyi məbləği verə bilmədik. Buna görə, transfer etdiyimiz futbolçulara irad bildirə bilmərəm.

- Kamran Ağayevin zədəsi nə yerdədi? Ciddi deyil ki?

- Həkimlər hələ bu barədə heç nə deməyiblər. Onlarla danışdıqdan sonra onun vəziyyətinə aydınlıq gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.01.2019

14:11  AFFA öz sisteminə qayıtdı - Üç milli ləğv olundu

12:13  "Neftçi"nin qələbəsi VİDEO

18.01.2019

15:50  "Qarın çıxarmamaq üçün oynayıram" - Keçmiş "Xəzər Lənkəran"lı

17.01.2019

11:39  "Sabah"ın heç-heçəsi VİDEO

16.01.2019

15.01.2019

14:05  "Ancaq "Qarabağ"ı düşünürəm" - Ansi Aqolli

14.01.2019

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi