Tərlan Əhmədov: "Mən “qalib heyəti dəyişməzlər” prinsipinə sadiqəm"

02.04.2018 | 3340 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 21-ci turunda evdə “Səbail”i məğlub edən (2:0) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Vacib 3 xal qazandıq. İlk hissədən yox, ikinci hissədən razı qaldım. Fasilə dövründə yoxlama oyunu keçirə bilmədik. Çünki 10 futbolçumuz, həmçinin, 3 qapıçımız millilərin düşərgəsində idi. Emin Mahmudov cəzalydı. İlkin Qırtımov isə xəstə idi, onun qzıdırması vardı. Çətin olacağını bilirdik. Futbolçularımı, azarkeşləri qələbə mübasibətilə təbrik edirəm.

- Qışda heyətə cəlb edilən legionerlərin oyunundan razısız? Onlardan bir çoxu əsas heyətə düşə bilmir...
- Mən “qalib heyəti dəyişməzlər” prinsipinə sadiqəm. Məsələn, Mirabdulla Abbasov son oyunlarda yaxşı oyun sərgiləyir, döyüşür, ona görə, bu futbolçuya şans verməkdə davam edirəm. O ki qaldı legionerlərin əsas heyətdə olmamasına, onlar hamısı səviyyəli futbolçulardı. Çalışacağıq onların formasını bərpa edək.

- Soni Mustivar bu gün komandada debüt etdi. Necə təsir bağışladı?
- Mustivar səviyyəli futbolçudu. Vaxtilə Rumıniyada “Petrolul”da kapitan olub, MLS-də çıxış edib. Həm o, həm də digər futbolçuları bu mövsümdə sınayıb baxacağıq. Bundan sonra növbəti mövsümdə kimlərlə çıxış edəcəyimizə qərar verəcəyik.

- “Qəbələ” çempionatda yenə xal itirdi. Bu komanda kubokda rəqibinizdi...
- Həm kubokda, həm çempionatda sona kimi mübarizə aparacağıq. Belə bir söz deyirlər ki, guya mən avrokuboklara vəsiqə qazanmağa söz vermişəm. Mən belə bir söz verməmişəm. Komanda Avroliqaya vəsiqə qazanıb, orda 2 mərhələ keçəndən sonra uduzacaqsa və bununla tənqidlərə məruz qalacamsa, mənə lazım deyil.

- Ramil Şeydayevin növbəti mövsümdə “Neftçi”yə keçəcəyi deyilir...
- Həmişə demişəm, indi də deyirəm, kluba mənim icazəm olmadan heç kim transfer edilmir. Ramil isə mənim transfer siyahımda yoxdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail