Elvin Yunuszadə: "Haqqımda haqlı qərar çıxarılmışdı" - MÜSAHİBƏ

08.04.2018 | 4195 dəfə oxunub

“Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadə Azərbaycan Premyer Liqasının XXII turunda “Səbail”lə (1:0) qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Öncə oyun haqda fikirlərinizi bildirərdiniz...

- Həmişə olduğu kimi, bu gün də “Səbail”ə qarşı oynamaq bizə çətin oldu. Ümumiyyətlə, yanvardan bəri heç bir matçımız asan keçməyib, hamısında çətinlik çəkmişik. Əsas odu ki, 3 xalı qazana bildik. Artıq növbəti görüşə hazırlaşacağıq. Bu matçı yaddan çıxarmaq lazımdı.

- Millinin heyətindən çıxarıldıqdan sonra “Qarabağ”da da əsas komandadan kənarlaşdırılmışdınız. Gec də olsa, baş verənlərə aydınlıq gətirməyinizi istərdik...

- Haqqımda haqlı qərar çıxarılmışdı. Nə məsləhət görüldüsə, ona da əməl etdim. Ardından Qurban müəllimlə söhbətimiz oldu. Hər şeyi qaydasına qoydum. Artıq əsas komanda ilə birlikdəyəm. Gələcəyə baxmaq lazımdı.

- Necə oldu ki, Qurban Qurbanov sizi bağışladı?

- Təxminən 2 həftə əvəzedici heyətdə oldum. Qurban müəllimə söz verdim ki, bir daha belə səhvə yol verməyəcəm. O da məni başa düşdü, həmişəki kimi, yanımda oldu.

- Bu qərar milli üçün də keçərlidi?

- Bunu Qurban müəllimdən soruşmaq lazımdı. Mən canla-başla məşqlərimi edib, hazırlaşacam. Çağırmasa belə, buna hörmətlə yanaşacam.

- İkinci dəfə idi ki, yatıb qalırdınız...

- İstəyərək olan şey deyil. Amma yenə də səhvdi. Bunu boynuma alıram. Bundan sonra 10 dəfə, 100 dəfə diqqətli olmalıyam ki, bu hal təkrarlanmasın.

- “Səbail”lə bugünkü qarşılaşmada bir neçə səhvə yol verdiniz. Bu, həyəcandan qaynaqlanırdı?

- Xeyr. Son matçımı “Neftçi”yə qarşı keçirmişdim. 4 həftəyə yaxın idi ki, oynamırdım. Oyun praktikasından əziyyət çəkməyim normal idi. Hətta gözlədiyimdən də yaxşı oldu. Əvvəlki qarşılaşmalarda da səhvlərim olub. Bugünkü matçdakı səhvlərim daha çox gözə görünməli idi ki, bunu da başa düşürəm.

- Bədavi Hüseynov zədəli olduğu üçün tez-tez oynayırsınız. O isə artıq sağalmaq üzrədi. Bədavi döndükdən sonra sizə çətin olmayacaq?

- Bədavinin qayıtmasına dəhşətli dərəcədə sevinirəm. Həm dostum, həm də komanda yoldaşım kimi. Bədavi sırada olanda da çempionatda çox oynamışıq. Əsas odu ki, o, sağalır. Buna ancaq sevinmək olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail