Pedro Erike: "... qərara gəlmişik ki, bu barədə açıqlama verməyək" - MÜSAHİBƏ

08.04.2018 | 4488 dəfə oxunub

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrike Azərbaycan Premyer Liqasının XXII turunda “Səbail”lə (1:0) qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun və nəticə ürəyinizcə oldu?

- Növbəti çətin oyunumuzu keçirdik. Rəqib çox yaxşı müdafiə olundu, bizim işimizi çətinə saldı. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq və titul uğrunda mübarizəni davam etdiririk.

- Matçlarınızda az qolun vurulması nə ilə bağlıdı?

- Bir az bəxtlə də əlaqələndirərdim. Digər səbəb odu ki, bura gələn komandalar daha çox qapanırlar. Hətta “Qəbələ” belə bizə qarşı burda müdafiəyəmeylli oyun göstərir. Ancaq 1 və 3 qol vurmaq yox, qələbə qazanmaq önəmlidi. Ümid edirəm ki, növbəti görüşlərdə bu problem də yoluna qoyular.

- Özünüzü artıq çempion kimi hiss edirsinizmi və matçlara necə motivasiya olunursunuz?

- Ümumiyyətlə, həm futbolçular öz aramızda, həm də məşqçi ilə söhbətdə deyilib ki, başqa görüşlərin nəticəsinə önəm verməyək. Sadəcə, öz oyunumuza köklənməyə çalışırıq. Bu gün futbol elədi ki, səni rahatlaşmağa imkan vermir.

- Oyunlar gərgin keçsə də, reallıq budu ki, “Qarabağ”a çempionatda rəqib yoxdu. Bu amil avrokuboklarda komandaya mənfi təsir göstərməz?

- Əvvəlki illərdə necə olduğunu deyə bilmərəm. İlk 6-7 ayda keçirdiyim təcrübəyə əsasən deyə bilərəm ki, eyni anda həm Çempionlar Liqasında, həm də çempionatda iştirak etdiyimiz vaxt fərqli heyətlərlə mübarizə aparırdıq. Mövsümün ilk yarısında rəqiblər bizə qarşı daha açıq futbol nümayiş etdirirdilər. Belədə hücum etməyimiz daha asan idi. Çempionlar Liqasında isə “Çelsi” ilə ilk görüşdə alınmasa da, sonradan oyunumuzu tapdıq.

- Mövsüm artıq sona yaxınlaşır. Yunanıstan mətbuatının yaydığı məlumata görə, PAOK transferiniz üçün 5 milyon avro tələb edir...

- Həm müqavilə ilə məxsus olduğum klub, həm də menecerim qərara gəlmişik ki, bu barədə açıqlama verməyək. Klublar öz aralarında hansı qərarı versələr, o da olacaq. Mən çalışıram oyunlara köklənim.

- “Qarabağ”ın klub rəsmisi olsaydınız, Pedro Enrike üçün 5 milyon avro verərdiniz?

- Pulum olsaydı, verərdim (gülür).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail