Samir Abbasov: "Bu, “Sumqayıt”ı narahat etməlidi"

09.04.2018 | 6968 dəfə oxunub

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXII turunda qonağı olduğu “Neftçi” ilə qarşılaşmadadan (2:2) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Məlum məsələlərə görə həftəiçi vətəndə deyildim. Gələndən sonra uşaqlarla iclas etdik. Uşaqlara dedim ki, yaxşı ki, burda deyildim. Çünki yazılanları bilirik, futbolçular psixoloji təzyiq altındadılar. Bu gün oyun sistemini kənara qoymuşduq, bizə inananlar üçün meydanda idik. Yaxşı oynadıq, sadəcə, bəxtsizlikdən qol buraxdıq. “Neftçi” yaxşı komandadı, əla oyunçuları var. Amma əsas olan mənim komandamdı. Yaxşı kollektivə malikik, gördüyümüz iş göz qabağındadı. Düzü, çatışmayan cəhətlər var. Vaxt keçdikcə hər şey öz yerini tapacaq”.

- Fərhad Vəliyevlə Rail Məlikov olduğu yerdə kapitan sarğısını Cavid İmamverdiyevə həvalə etmişdiniz...

- Kapitanlığı özüm verdim. Bu oyunun yükünü Cavidə yükləmək istədim. Ötən görüşdə Caviddən narazı qaldım, amma ruhdan düşməmək üçün bu gün ona kapitan sarğısını həvalə etdim. Məncə, düzgün addım atmışam.

- Matçdan sonra komandanızı toplayıb “Neftçi” azarkeşlərini alqışladınız. Bu addımı nəyə görə atdınız?

- Bütün azarkeşlərə ehtiyacımız var. Bu gün “Neftçi”nin azarkeşləri oyuna rəng qatdılar. Azərbaycan azarkeşlərini qorumaq lazımdı.

- Görüşün 85-ci dəqiqəsində top rəqib futbolçunun əlinə dəydi və etiraz etdiniz...

- Mən topun futbolçunun əlinə dəydiyini gördüm. Əgər referi bunu görməyibsə, mən heç nə deyə bilmərəm.

- Mövsümün sonunda “Sumqayıt”dan bir neçə futbolçunun ayrılacağı söylənilir. Bu durum sizi narahat etmir?

- Bu, “Sumqayıt”ı narahat etməlidi. Yəqin ki, rəhbərliyimiz addım atacaq. Amma bu dəqiqə pul hər şeyi həll edir, biz top-klublarla mübarizə apara bilmərik. Çətin olsa da, rəhbərlik əlindən gələni etməlidi.

- Rəşad Eyubov oyunun gedişində meydanı tərk etdi...

- Rəşadın problemi var idi, gözləyə bilməzdi. Bundan başqa, onu əvəzləməyi planlaşdırırdıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail