Tərlan Əhmədov: "Bəzi mövqelərə oyunçu axtarışına başlamışıq"

09.04.2018 | 4341 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXII turunda “Sumqayıt”la oyundan sonra (2:2) keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çalışırdıq ki, 3 xal qazanaq. İmkanımız var idi. Komandamın oyunundan razı qaldım. İki səhv, iki qol oldu. İkinci hissə daha maraqlı keçdi. Hücum futbolu oynadığımız üçün qollar buraxırıq. Heç nə itirilməyib. Qarşıda oyunlar var. Maksimum nəticə əldə edib, şansımızdan yararlanmaq istəyirik.

- “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Zirə” ilə oyundan sonra dedi ki, komanda kubok oyununa köklənib. “Neftçi” ilə bağlı da eyni şeyi düşünmək olar?

- Futbolçular bilirlər ki, hər iki yerə namizədik. Çempionatda 3-cü də ola bilərik, kuboku qazana da. Nə qədər motivasiya etsək də, oyunda qərarı verən futbolçulardı. Düşünmürəm ki, komanda tam olaraq kuboka köklənib. Hər iki yarışda şansımız var. Şansımız varsa, hər ikisindən istifadə etməyə çalışacağıq.

- Cavid İmamverdiyev bir vaxtlar rəhbərliyiniz altında oynayıb. İndi isə əla formadadı. Onun hazırda başqa yerdə olmasına görə rəhbərliyi qınamırsız?

- Bu, mənim işim deyil. Bura gələndə demişdim ki, Cavidlə Arazın getməsinin səbəbini bilmirəm. Onlar komandanın yetirmələridi və burda qalmalı idilər. Onların komandada olmasını istərdim. Amma bu, mənim səlahiyyətimdə deyil. Heç kimi qınamıram. Öz işimi davam etdirirəm və növbəti oyunları düşünürəm.

- Soni Mustivar bir hissə ərzində heç nə ilə yadda qalmadı. Demək olarmı ki, onun üçün ən azı bu mövsüm uğursuz keçəcək?

- Hamının öz subyektiv fikri var. Onun meydanda gördüyü işə baxmaq lazımdı. Fiziki cəhətdən tam hazır deyil. Amma bu o demək deyil ki, 45 dəqiqə ərzində heç nə ilə yadda qalmadı. Gələcək oyunlarda bizə daha çox xeyir verəcək. Əvəzlənməsi yorğunluğu ilə bağlı idi.

- Qışa qədər Namiq Ələsgərovdan narazı idiz. Amma indi komandanın aparıcı futbolçularından biridi...

- Çox istərdik ki, bütün azərbaycanlı futbolçular daha yaxşı oynasınlar. Antalyada olanda o mənə dedi ki, Slovakiyaya getmək istəyirəm. Mən də dedim ki, yolun açıqdı. Onun ilk dövrədəki oyunlarından narazı idim. Sonra onunla fərdi söhbətim oldu. Namiqə əvvəlki oyununun qaytarmasının lazım olduğunu bildirdim. Bu gün yaxşı çıxış edir. Özü nəticə çıxarıb. Bu oyunda potensialından aşağı çıxış etdi. O, Makedoniya ilə qarşılaşmadan zədəli qayıtmışdı. Biz onu Azərbaycan futbolu üçün qazanmışıq.

- Qış fasiləsi transferlər üçün uğurlu sayılmır. İndidən növbəti mövsüm üçün planlarınızı qurmusuzmu?

- Klubun idman direktoru ilə söhbətimiz olub. Bəzi mövqelərə oyunçu axtarışına başlamışıq. Daha yaxşı çıxış etməyimiz üçün ehtiyac var. Qışda yaxşı transfer edə bilməsək də, artıq bununla barışmalıyıq. Ola bilər ki, Ceyhun Sultanovla birgə mən də gedib bəzi futbolçuları izlədim. Artıq gələn mövsümü fikirləşmək lazımdı. Sonra gec ola bilər.

- Sizin komandada qalacağınızı demək olarmı?

- Müqaviləm mayın sonunda bitəcək. Hələ burdayam. Dəqiq heç nə bilinmir. Hələ müqavilə təklif olunmayıb.

- Yeni transferlər siyahısında Tural Axundov və Cavid İmamverdiyev var?

- Hələ ki, yerlilərlə bağlı qərar verilməyib. Sırf legionerləri fikirləşirik. Daha yaxşı əcnəbilər istəyirik. Yerlilər isə göz önündədi. Mayın əvvəli yerli futbolçuların siyahısı rəhbərliyə təqdim olunacaq.

- İkinci qoldan sonra İqnasio Erreraya əsəbləşmişdiz...

- Tək İqnasio yox, hamıya əsəbləşmişdim. Mövqe səhvi var idi. Bir qədər emosional oldum. İşimizin mahiyyəti budu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail